Banka 100 min manat qoyan xarici vətəndaş ölkədə yaşaya biləcək
Tarix: 12.07.2019 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək. Bununla bağlı Miqrasiya Məcəlləsinin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə dəyişiklik təklif edilib.
Təklif edilən dəyişikliyə görə, Azərbaycanda fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyatı banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Bundan əlavə, Məcəlləyə yeni 53.2-1-ci maddəsi əlavə edilir.
Təklif olunan maddəyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmayacaq.
Məcəllənin 53.1.7-ci maddəsi isə belədir: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla) təqdim etməlidirlər.
Milli Məclisin bugünkü iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib
24.01.2020
Dövlət Gömrük Komitəsi Akademiyasının yaranmasının 8 ili tamam olur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info