“ASAN xidmət”də ulu öndərin xatirəsi anılıb
Tarix: 12.07.2019 | Saat: 14:15:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb. Müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, zəngin siyasi irsə, təcrübəyə malik olan ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlardan danışıb. Bildirilib ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi olan Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət, qayğı göstərilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan polkovnikləri Arif Zeynalov və İbrahim Şirinov ulu öndər Heydər Əliyevlə birgə işlədikləri dövrlə bağlı xatirələrini bölüşüblər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtərəfli inkişafa nail olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb.
Tədbirdə Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub. Sonra “ASAN Könüllülük” məktəbinin təqdimatı və “ASAN xidmət” mərkəzi ilə tanışlıq həyata keçirilib. Həmçinin “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt regional “ASAN xidmət” mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info