Sənaye Bitkilərinin istehsalı və Emalı Kooperativi yaradıldı
Tarix: 12.07.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


İmişli rayonunda Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin təsis konfransı keçirilib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çələnginin qoyularaq xatirəsinin ehtiramla yad edilməsindən sonra başlayan tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, İmişli rayonu icra başçısının birinci müavini Səfa Ağayev, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Əhməd Gözəl, Kənd Təsərrüfatı nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, digər rəsmi şəxslər və fermerlər iştirak ediblər.
Tədbirdə Sənaye Bitkilərinin istehsalı və Emalı Kooperativinin fermerlərin və emalçıların fəaliyyətinə verəcəyi müsbət töhfələr və yaranan perspektivlər barədə ətraflı məlumat verilib. Təsis yığıncağında çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirakçıları nazir İnam Kərimovun adından salamlayaraq ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu bildirdi. Daha sonra kooperativlərin üstünlükləri barədə danışan nazir müavini bu yeniliyin fermerlərin fəaliyyəti üçün çox səmərəli olacağını qeyd etdi. O, Kooperativə üzv olacaq fermerlərin daimi alıcı imkanı və ölkə başçısı tərəfindən yeni imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 10 faiz daha artıq subsidiya alacaqlarını, aqrotexniki dəstəklə təmin ediləcəklərini, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklərini bildirdi.
İştirakçılar qarşısında çıxış edən “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Əhməd Gözəl Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın adından qonaqları salamlayaraq kooperativin fəaliyyətinin bütün tərəflər üçün çox səmərəli olacağını bildirdi. Şəkər çuğunduru emalı nəticəsində melas və yanqar kimi yan məhsulların da əldə olunduğunu qeyd edən “Azərsun” rəsmisi ölkəyə melas idxalının tamamilə dayandırıldığını və çörək mayası istehsalının əsas komponenti olan bu məhsulun yerli məhsul hesabına təmin edildiyini bildirdi. Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin yaradılması təşəbbüsünün faydalı olduğunu bildirən Əhməd Gözəl bütün üzvlərə uğurlar arzu etdi.
Kənd Təsərrüfatı nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış edərək kooperativin iş mexanizmi barədə məlumat verdi xərclər və risklərin bir neçə subyektə bölündüyü üçün kooperativə qoşulacaq şəxslərin daha çox qazanc əldə edə biləcəyini bildirdi. Onun sözlərinə görə satınalmanın vahid mərkəzdən həyata keçirilməsi, yeni texnologiyaların əlçatanlığı və kooperativin birlik kimi kredit resurslarından daha rahat istifadə etmə imkanı bütün üzvlər üçün yeni imkanlar və daha rahat fəaliyyət şəraiti yaradacaq.
“Azərsun Holdinq”in Korporativ Əlaqələr üzrə Direktoru İlham Abdullayev də çıxışı zamanı kooperativin müsbət tərəfləri barədə məlumat verərək bütün üzvlərə uğurlar arzuladı.
Sonda “Azərsun Holdinq”in baş aqronomu Rövşən Əliyev çuğundur sahələrinin ildən ilə genişləndiyini və kooperativin işə başlamasının hər kəsə əlavə üstünlüklər verəcəyini bildirdi.
Təsis yığıncağının sonunda seçki keçirilərək fermerlər arasından Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin İdarə Heyəti və Təftiş Şurasına üzvləri seçildi.
Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xeyir duası ilə inşasına başlanmış İmişli Şəkər Zavodu 2006-cı ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istismara verilib. Ölkəmizin qeyri-neft sektorunun ən böyük müəssisələrindən biri olan bu müəssisə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəlməsində mühüm rol oynayır. Son illər ərzində, İmişli Şəkər Zavodunda illik 400 -450 000 ton şəkər çuğunduru emal edilir ki, bu da ölkənin şəkər tələbatının 11%-dən çoxunun yerli məhsul hesabına təmin edilməsinə şərait yaradır. Eyni zamanda, şəkər çuğunduru emalı zamanı yan məhsul kimi yaranan şəkər yonqarı mühüm yem bazası təşkil etməkdədir. Qeyd olunmuş həcmdə çuğundurdan təqribən 3000 baş südlük cins inəyin bəslənməsi üçün tələb olunan yem vahidi ödənilə bilər.
Şəkər çuğundurunun əkini və becərilməsi dövrü xarakter daşıyır, yəni eyni ərazidə çuğundur 4 ildən tez olmamaqla əkilməlidir. Həmçinin çuğundurdan sonra əkin planı düzgün tərtib edildiyi təqdirdə əkilən dənli btikilərinin məhsuldarlığı minimum 30-40% daha yüksək olur. Çuğundurun da daxil olduğu rotasiyalı əkin planına əməl edilərsə, burada həm əkinçilər üçün daimi iş, həm də əvvəlcədən proqnozlaşdırıla bilinən emal məqsədli daimi məhsullar əldə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Dövlət başçısının tapşırıqlarının icrasına dair geniş kollegiya iclası keçirilib
21.10.2019
Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019“ Sərgisində nümayiş olunacaq
21.10.2019
Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21.10.2019
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21.10.2019
Səkkiz ayda Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 5 dəfə artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info