Carlsberg Summer Cup futbol turnirinin finalı 14 iyulda baş tutacaq
Tarix: 12.07.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Bakıda ilk dəfə olaraq Carlsberg Summer Cup 2019 futbol turniri baş tutur. Turnirdə şirkətlər təmsil olunur. İyul ayının 11-də Pullman Baku otelində turnirə həsr olunmuş tədbir keçirildi. Tədbir Carlsberg Azerbaijan rəhbərliyini və iştirakçı komandaları bir araya gətirdi.
Carlsberg Azerbaijan-ın Baş direktoru Vyaçeslav Maltsev qonaqları salamlayaraq, turnir iştirakçılarının yüksək korporativ mədəniyyətini vurğuladı: ”Bizim tərəfimizdən təşkil olunmuş turnirə şirkətlərin göstərdikləri maraq və diqqət bizi çox sevindirir. Belə ki, bu turnir komanda bacarıqlarının inkişaf etdirilməsi baxımından bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, turnir Carlsberg Azerbaijan-da prioritet sahələr hesab olunan idman və sağlam həyat tərzinin vacibliyini vurğulamaq üçün gözəl imkandır.” Baş direktor turnirin yarımfinal və final mərhələsinin iştirakçılarına uğurlar arzu etdi. Carlsberg Summer Cup 2019 turnirinin yarımfinal mərhələsinə Access Bank, Caspian Engineering Solutions (CES), Medical Plaza və British American Tobacco (BAT) şirkətlərinin komandaları çıxıb. Access Bank nümayəndəsi Elşən Pirmalıyev çıxışında təşkilatçılara öz minnətdarlığı bildirərək, bütün iştirakçılara uğurlar dilədi. Həmçinin, qeyd etdi ki, təmsil etdiyi komanda çempion adını qazanmağa layiqdir, lakin “Qoy Ən Güclü Qalib gəlsin” lozunqu bu turnir üçün də keçərlidir. Caspian Engineering Solutions təmsilçisi Elnur Şixəliyev də təşkilatçılara idmana, xüsusilə də futbola göstərdikləri maraq və diqqətə görə təşəkkür etdi.
Tədbirdə çıxış edən British American Tobacco təmsilçisi Sergey Krasovskiy sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğuladı.
Korporativ komandalar arasında keçirilən futbol turnirindən yüksək təşkilatçılıq gözləmədiyini bildirən Medical Plaza nümayəndəsi Səid Fərzullayev görülmüş təşkilati işlərdən razı qaldığını, hətta gözləntilərini keçdiyini vurğuladı: ”Biz komandamızın nəticələri ilə fəxr etməklə yanaşı, həm də turnirin təşkil olunma səviyyəsindən çox razıyıq. Güclü olan qazansın!”. Xatırladaq ki, Carlsberg Summer Cup 2019turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tabacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions (CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza komandaları çıxış edir. Şirkətlərin komandaları futbola biganə qalmayan əməkdaşlardan təşkil olunub. Turnir Bakı Tennis Akademiyasının meydançasında təşkil olunur. Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir oyunları isə 6-7 iyul tarixlərində baş tutub. Yarımfinala çıxmaq uğrunda JTI – BAT, Access Bank – Soliton, CES – Antaris, Medical Plaza – Holcim komandaları mübarizə aparıblar. Nəticədə BAT, Access Bank, CES və Medical Plaza komandaları yarımfinala çıxa bilib. Turnirin yarımfinal oyunları 13 iyul, finalı isə 14 iyul tarixində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info