Armen Aşotyan: “Ermənistan əhalisinin əksəriyyəti ölkənin doğru yolda olduğuna inanmır”
Tarix: 12.07.2019 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Bu gün xalqa verdiyi vədlər hesabına hakimiyyət yiyələnən Paşinyan,
hələ ki xalq üçün heç nə etmyəib”. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın bu fikirlərinə diqqət çəkən “ArmenianReport” saytı onu uğursuz partiya nümayəndəsi kimi yalançılıqda ittiham edir.
Xatırladaq ki, Aşotyan özünün şəxsi «Facebook» səhifəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Beynəlxalq Respublika İnstitutunun ölkədə keçirdiyi son sorğusunun nəticələrinə inamsızlıq nümayiş etdirib. Beləliklə, Aşotyanın sözlərinə görə, institutun sosioloji sorğusuna dair məlumatlar ictimaiyyətin hakimiyyətə olan inamının azalmasını və narazılığın açıq şəkildə artmasını göstərir. Sayt yazır ki, bu gün Ermənistan əhalisinin təqribən 60 faizi ölkənin düz yolda olduğuna inanmır. Sayt bunun ötən ilin oktyabrında keçirilən rəy sorğusu ilə müqayisədə təqribən 12 faiz azaldığını etiraf etsə də, Respublikaçılar Partiyası nümayəndəsini haqlı saymır. Sayt yazır: “Maraqlısı budur ki, bu gün artıq hakimiyyəti itirmiş sabiqlər hələ də nəyəsə ümid edirlər. Belə görünür ki, onların çökmə tarixi respublikaçılar üçün elə də bir nəticə verməyib. Əslində, Aşotyan və onun partiyadaşlarının davranışları böyük zənginliyə sahib olub lakin əldə etdikləri kapitalın idarə olunmaması səbəbindən onu itirərək darvaza ağzında dayanıb fürsət gözləyənlərin davranışına bənzəyir. Lakin bunlar əbəsdir. Aşotyan niyə axı vaxtilə təmsil olunduğu əvvəlki hakimiyyətin Kreml qarşısında diz çökdüyünü unudur. Bu gün Paşinyana irad tutan Respublikaçılar Partiyasının rəhbəri, sabiq Ermənistan rəhbəri Serj Sarkisyan da hakimiyyətə gəlmək üçün İrəvanın Avropaya inteqrasiyasına yol açacağını bildirmişdi. Lakin sonradan xalqa verdiyi vədi unudan Sarkisyan Ermənistanı Avropa əvəzinə Kremlin Gömrük İttifaqına sürüklədi. Ölkədə baş tutan «məxməri inqilab»a dəyər verməməyə cəhd edən Aşotyanın bunu sadəcə «xalq sadəlövhlüyü” kimi qələmə verməsi də gülüncdür. Mövcud hökuməti tənqid etməyə çalışan Respublikaçıların erməni xalqı üçün artıq heç bir önəm kəsb etmədiyini yazan sayt onların ümidli gözləntilərinə rəğmən artıq tarixin arxivinə gömüldüklərini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
“Ermənistanda növbəti spontan etirazların baş qaldıracağı istisna olunmur”
26.01.2020
“Paşinyan düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedad sahibidir“
26.01.2020
Özbəkistanda yeni hökumət quruldu
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info