Goranboyda 48 sahibkar kredit aldı
Tarix: 16.08.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Şirzad Abdullayev: “Bu ilin ötən dövründə 2753 sahibkara 211,9 milyon manat güzəştli kreditlər verilib”

Tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Ballıqaya kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Qeyd olunmuşdur ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Goranboyda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Goranboy rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 8500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,9 milyon manat güzəştli kredit verilib. Tədbirin sonunda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 milyon manat güzəştli kredit alıb. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info