İtaliyalı mütəxəssislər DNT-dən ayrılmış uzunömürlülük geninin daha bir sirrini açıblar
Tarix: 13.07.2019 | Saat: 00:24:00 | E-mail | Çapa göndər



İtaliyada yaşı yüzü ötmüş insanların DNT-sindən ayrılmış uzunömürlülük geninin qan damarlarını cavanlaşdırdığı sübut edilib.

AZƏRTAC ANSA agentliyin istinadla xəbər verir ki, bu barədə “European Heart” tibb jurnalında dərc edilən tədqiqat işində italiyalı mütəxəssislər məlumat verib.
Bildirilir ki, Annibale Puka və Karmin Veççionenin rəhbərlik etdiyi Salerno Universiteti, “Irccs MultiMedica” və “Irccs Neuromed” tibb institutlarından olan mütəxəssis heyəti tədqiqatın ürək-damar xəstəliklərinin müalicəsinin yeni üsulu üçün şərait yaratdığnı söyləyib.
“Bizim məqsədimiz uzunömürlü insanların genetik üstünlüklərini bötüvlükdə əhaliyə köçürməkdir. Biz şişlər və neyrodeqenerativ xarakterli xəstəliklər daxil olmaqla digər istiqamətlərdə də çalışırıq”, − deyə mütəxəssis A. Puka söyləyib.
Onun sözlərinə görə, bu gen qanda yüksək səviyyədə aşkar olunarkən BPIFB4 zülalının daha çox hasil olmasına səbəb olur və qan damarları üçün müdafiə funksiyasını yerinə yetirir.
Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyi və “Cariplo” Fondu tərəfindən maliyyələşən bu tədqiqat işi bu heyətin yaşı yüzdən yuxarı olan insanlarda LAV-BPIFB4 (uzunömürlülüklə əlaqəli variant) geninin müəyyən edilməsində əldə etdiyi əvvəlki nəticələrindən sonra başlanıb.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
05.06.2020
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
05.06.2020
Sakin baş naziri öz həyətindən uzaqlaşdırdı
05.06.2020
İnsan sifətində doğulan heyvanlar - VİDEO
04.06.2020
Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info