“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlanıb
Tarix: 13.07.2019 | Saat: 16:20:00 | E-mail | Çapa göndər



Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi hazırlanıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşaraq verdiyi önəmdən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.
Filmdə, eyni zamanda, xüsusilə vurğulanıb ki, Heydər Əliyev milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb. Məhz onun gərgin və əzmli səyləri nəticəsində Gəncə şəhərindəki “İmamzadə türbəsi” tarixi-memarlıq kompleksi və digər tarixi-dini abidələrimiz məhv olmaqdan qurtulub, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar sovet rejimin təqiblərindən xilas edilib.
Sənədli filmdə ölkəmizdə 1969-cu il 14 iyula qədər olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.
“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli filmdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq şairi Nəriman Həsənzadə, Xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Bundan əlavə, sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.
Qeyd edək ki, “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi tezliklə geniş ictimaiyyətin diqqətinə təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...
27.11.2020
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib – VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info