“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edilib
Tarix: 13.07.2019 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus dühadır. O, xalqımızın, dövlətimizin xilaskarı, Yeni Azərbaycanın memarı və qurucusudur.
Bugün ölkəmizin qüdrətli yüksəlişi, istənilən sahədəki inkişafı Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinə də xüsusi diqqət göstərib. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində Ulu öndərin misilsiz rolu və zəhməti olub. Məhz, Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılmış “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabında onun dənizçilik sahəsinə verdiyi töhfədən bəhs edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yazılmış kitab yeni işıq üzü görüb. Kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.
Azərbaycanda gəmiçilik tarixinə qısa səyahət şəklində verilmiş birinci fəsildən sonra Heydər Əliyev erasının – “Yeni eranın başlanğıcı” fəsli gəlir. “69-cu ilin isti yayı” bölməsində Ulu öndərin ölkəyə rəhbər seçilməsinin tarixçəsindən bəhs olunur, daha sonra respublikada başlayan inkişaf və dəyişikliklərdən danışılır. Maraqlıdır ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən cəmi bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edib. Təkcə bu fakt Ümummilli liderin respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyə hansı mühüm əhəmiyyət verdiyi barədə aydın təsəvvür yaradır. Kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi, əmək intizamının gücləndirilməsi və s. kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.
Kitabın “Ulu öndərin fəaliyyətində Moskva vaxtı” adlanan fəslində Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi sovet nəqliyyat sisteminə rəhbərlik etdiyi illərdən bəhs olunur.
Azərbaycanın müstəqilliyini bərpa edəndən sonrakı illərdə Ümummilli liderin milli gəmiçilik sahəsində atdığı mühüm addımlardan, qəbul etdiyi taleyüklü qərarlardan ayrıca fəsildə söhbət açılır.
Kitabın “Gəmiçiliyin inkişafında yeni mərhələ” adlanan sonuncu fəslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ölkədə milli gəmiçilik sahəsində aparılan struktur dəyişiklikləri və qazanılan uğurlar haqqında danışılır.
Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb. Kitabın müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı
22.11.2020
ÜST-dən qorxunc açıqlama – Üçüncü dalğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info