“Milli şura” mitinq uğursuqluğunu etiraf etdi
Tarix: 19.08.2013 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Rauf Arifoğlu: “Aksiyaya gələnlərin sayı az oldu”

Radikal müxalifətin birləşdiyi “milli şura” adlı qondarma qurum uğursuz fəaliyyətini ört-basdır etmək üçün 18 avqusta mitinq təyin etdi. Lakin onların bu “oyun”ları da “milli şura”dakı “oyun”lar kimi uğursuzluqla nəticələndi. Bütün parametrlər üzrə tənqidi münasibətlə üzləşən bu mitinqdə ən çox diqqətçəkən məqam isə aksiyaya insanların çox az gəlməsi oldu.
“Milli şura”nın “güc”ünü göstərməli olan aksiyanın tam əks effekt verməsi artıq sosial şəbəkələrdə də geniş müzakirəyə çıxarılıb. Bundan başqa mitinqlərdə müxalifət liderlərinin dediyi kimi heç də gənclər fəallıq nümayiş etdirməyiblər. Bu isə bir daha müxalifət partiyalarında gənclərin çox az miqdarda təmsil olunmasının göstəricisi oldu.
Qısası, təşkil olunmuş mitinq nümayiş etdirdi ki, Rüstəm İbrahimbəyovlu müxalifətin nümayişinə, Rüstəm İbrahimbəyovsuz müxalifətin nümayişindən daha az adam gəldi. Mitinqi bazar gününə təyin edib daha çox insanı aksiyaya cəlb etməyə çalışan müxalifət partiyalarında ruh düşkünlüyü da açıq sezilir. Bu dəfə “Əgər iş günü olmasaydı, daha çox adam gələrdi” bəhanəsi bazar gününün iş günü olmaması səbəbindən keçərli deyildi.
Budəfəki aksiyada müxalifət partiyalarının sıravi üzvlərinə qarşı ən böyük hörməmətsizliyi edən partiya liderləri bir daha özlərini “ağa” kimi aparmalarını və sözdə partiya rəhbəri olmalarını göstərdilər. Çünki “milli şura”ya daxil olan bəzi partiyaların rəhbər funksionerləri həmin mitinqə qatılmadılar. Bu addım isə qurum daxilində hökm sürən ziddiyyətlərin göstəricisi hesab edilə bilər.
Keçirilmiş mitinq “milli şura”nın cəmiyyətdə böyük dayaqlara malik olmasına dair iddialara da birmənalı aydınlıq gətirdi. Bu mitinqlə “milli şura”nın sosial bazası barədə yaradılan əfsanələr fiaskoya uğradı. Mitinqdə iştirak edən siyasi qrupların davranışı onu sübut etdi ki, müxalifət vahid namizəd ideyasından uzaqdır. Müxalifətin vahid lideri olmaq arzusunda olan, namizəd kimi qeydiyyata alınmamasına baxmayaraq, özünü namizəd kimi qələmə verən Rüstəm İbrahimbəyov mitinqə qatılmadı. Müxalifət növbəti dəfə meydanda tək qaldı!
Aksiya iştirakçı partiyalar arasında ən çox Müsavat təmsilçilərini qane etməyib.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli və Müsavatın mətbu orqanının rəhbəri Rauf Arifoğlu sosial şəbəkələrdə bu barədə tənqidi fikirlərini bildiriblər.
Bildirilib ki, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli xüsusilə mitinqin aparıcısı İbrahim İbrahimlinin davranışlarına etiraz edib:
“İbrahim İbrahimli mitinqdə Mirmahmud Mirəlioğlunu Mirmahmud Fəttayev kimi, Liberal Partiyanı Liberal-demokrat Partiyası kimi, KXCP-ni KAXCP kimi, Nərgiz Yaqublunu Nigar Yaqublu kimi təqdim etdi.
Əvvəl Tural Abbaslının azadlığa çıxdığını dedi, sonra səhvini ona azadlıq tələb etməklə düzəltdi. Temperaturun 32 dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməyinin bizə hansı faydasının olduğunu deyə bilmərəm.
Onun səsləndirdiyi şüar isə iştirakçıların dilinə yatmadı. İbrahim İbrahimlinin hər dəfə aparıcı olmağına təkid edən siyasətçiyə təklif edirəm ki, gələn dəfə ya Fuad Qəhrəmanlının, ya Asəf Quliyevin, ya Sahib Kərimlinin, ya da bir başqasının namizədliyinə təkid eləsin”, - deyə Mustafa Hacıbəyli qeyd edib.
Rauf Arifoğlunu narazı salan məqam isə mitinqə daha az adamın gəlməsi olub:
“Mənim 4-5 mənbədən aldığım rəylərə (“Milli şura” rəhbərləri də var onların içində) görə, 3000 civarında mitinqçi olub. İstənilən halda, azdır”.
Əslində mitinqlə bağlı ən real göstərici isə belə olub-aksiyaya
1000-dən çox adam toplaşmayıb və müxalifət liderlərinin olmaması narazılıqla qarşılanıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info