Əli Kərimli çıxış edəndə müsavatçılar meydanı tərk edib
Tarix: 19.08.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Milli şura”nın 18 avqust mitinqi bir sıra maraqlı məqamları ilə yadda qaldı. Bu aksiyada müxalifət partiyaları mitinqdə özlərinin daha çox qüvvə ilə aksiyaya qatıldıqlarını nümayiş etdirməyə çalışırdılar. Mitinq zamanı "milli şura”ya dəstək", "Rustəm İbrahimbəyova dəstək" şüarları səsləndirilərkən yalnız AXCP-çilər və EL hərəkatının üzvləri aktivlik göstərdilər.
Müsavat Partiyasının üzvləri isə bu məsələdə daha çox susqunluğa üstünlük verirdilər. Onu da qeyd edək ki, mitinq nəzərdə tutulan vaxtdan təxminən 45 dəqiqə sonra, 17:45-də başladı və mitinqin 3 saat keçirilməsi nəzərdə tutulsa da, o nəzərdə tutulan vaxtdan tez, yəni saat 20-yə qalmış başa çatıb.
Mitinqdə çıxışı zamanı Müsavat başqanı İsa Qəmbər “milli şura”da vahid namizəd məsələsi ilə bağlı müəyyən narahatlıqların, qeyri-müəyyənliklərin olduğunu bildirib və qeyd edib ki, bu məsələyə qurumun növbəti iclasında bir daha baxılacaq. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun qayıdışı məsələsi alınmazsa “milli şura” seçkilərə ya yeni müstəqil və ziyalı namizədlə gedəcək ya da bu qurumda birləşən partiyalar ayrı-ayrılıqda öz namizədləri ilə gedəcəklər.
Seçkilərin sonuna yaxın isə həmin partiyalardan olan namizədlər bir araya gəlib bir əsas namizədi müəyyənləşirib onunla prosesi davam etdirməlidirlər. Musavat basqanından fərqli olaraq, “milli şura”da təmsil olunan digər partiyaların rəhbərləri-ACP sədri Sülhəddin Əkbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Teymurxan və “milli şura” aparatının rəhbəri Eldar Namazov seçkilərə yalnız Rustəm İbrahimbəyovun namizədliyi ilə gedilməsinin vacibliyini vurgulayıblar.
AXCP sədri Əli Kərimli isə çıxışında ümumiyyətlə vahid namizəd məsələsinə toxunmayıb və maraqlıdlr ki, onun çıxışı zamanı aksiyaçıların bəziləri, xususən də Müsavat Partiyasının üzvləri aksiyanı tərk etməyə başlayıblar. Sonda qətnamə oxunan zaman isə aksiyaçıların əksəriyyəti mitinq ərazisini tərk ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info