Baş Prokurorluq: Şəkidə ağacdan qırılmış əsas budaq sağlam olub
Tarix: 15.07.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşüb

Azərbaycan Respublikası Baş Prokurorluğu Şəki şəhərində ağacın qırılması nəticəsində baş verən hadisə barədə açıqlama yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 12 radələrində Şəki “Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.
Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilib, hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.
Aparımış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşüb. Mütəxəssislərin ilkin rəyinə əsasən budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağıb.
İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info