Yeni Zelandiyada da eynicinslilərin nikahı qanuniləşdi
Tarix: 19.08.2013 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Взгляд” xəbər verir ki, Yeni Zelandiya Asiyanın Sakit okean regionunun eynicinslilərin nikahlarını qeydə almağa başlayan birinci ölkəsi olub. Onların qanuniləşməsi haqqında qərar apreldə Yeni Zelandiya parlamenti tərəfindən qəbul edilmişdi: Nümayəndələr Palatasının 77 üzvü qanun layihəsini dəstəkləyib, 44 deputat isə onun əleyhinə səs verib. “İTAR-TASS” xəbər verir ki, 19 avqustda qərar qüvvəyə minib. Yeni hüquqdan istifadə etmək və Yeni Zelandiyada öz münasibətlərini rəsmiləşdirmək yalnız yerli eynicinsli cütlüklər deyil, həmçinin başqa ölkələrdən olan cütlüklərə də aid edilir. Daxili İşlər Nazirliyindən bildirilir ki, artıq Avstraliyadan mindən çox ərizə qəbul olunub.
Qeyd edək ki, hazırda Yeni Zelandiyadan başqa, eynicinslilərin nikahı daha 14 dövlətdə leqallaşdırılıb. 2010-cu ildə müvafiq qanunu Argentina hakimiyyəti qəbul edib. Uruqvay eynicinslilərin nikahını leqallaşdırmış ikinci Cənubi Amerika ölkəsidir. Həmçinin mayda Braziliya Ədliyyəsinin Milli şurası ölkənin dövlət orqanlarını kəbin kəsmə qeydiyyatının prosedurunda öz münasibətlərini qanuniləşdirməyi arzu edən eynicinsli cütlüklərə rədd cavabı verməməyə məcbur etdi. Daha əvvəl bildirilirdi ki, eynicinslilərin nikahlarını Xorvatiya da leqallaşdıra bilər. İyulun 17-də Böyük Britaniya kraliçası II Yelizaveta parlamentin daha əvvəl hər iki palatası tərəfindən qəbul edilmiş eynicinslilərin nikahlarının qanuniləşməsi haqqında qanunu bəyəndi. 18 mayda Fransa prezidenti Fransua Olland ölkədə eynicinslilərin nikahlarının qanuniləşməsini və belə cütlüklərə uşaqları övladlığa götürməyə icazə haqqında qanunu imzaladı. Böyük Britaniyadan və Fransadan başqa, eynicinslilərin nikahları Niderlandda, Belçikada, İspaniyada, Kanadada, CAR-da, Norveçdə, İsveçdə, Portuqaliyada, İslandiyada, Danimarkada da qeydə alınır. Bundan başqa, İsrail və Meksika başqa ölkələrdə bağlanmış eynicinslilərin nikahlarını tanıyır.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info