“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
Tarix: 15.07.2019 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib.
Görüş zamanı “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə ziyarət edən gənclərin rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənovla görüşü təşkil edilib.
Əvvəlcə çıxış edən idarə rəisi könüllüləri salamlayaraq, onları Binəqədi rayonunda gənclər və idman sahəsində keçirilən tədbirlərdə fəal iştirak etməyə dəvət edib. R.Həsənov daha sonra qeyd edib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlətimiz tərəfindən dəstəklənməkdədir. Bu isə öz növbəsində gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.
Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin “Gənclərlə iş şöbəsi”nin rəhbəri Həlimə Tağıyeva və “İctimaiyyətlə Əlaqələr şöbəsi”nin rəhbəri Amal Əsgərov təşkil edilən görüşə görə təşəkkürlərini bildirdilər, PXTM-nin fəaliyyəti və “Diplomatiya Akademiyası” layihəsi haqqında ətraflı məlumat verdilər.
Tədbir zamanı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Binəqədi Gənclər Evinin metodisti Toğrul Cəfərov təmsil etdikləri qurumların xidmətləri və fəaliyyəti barədə geniş məlumat verdilər. Gənclərə bu fəaliyyətlərdən bəhs edən video-çarx nümayiş etdirildi.
Görüş bitdikdən sonra rayon Gənclər və İdman idarəsinin kollekivi və tədbirdə iştirak edən gənclər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının təqdimat mərasimində iştirak etdilər.

Tural




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
3 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
4 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
5 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info