Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
Tarix: 15.07.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Rüfət Kərimli: “Təəssüf ki, müasir dünyada sahibkarlar kadr hazırlığına az diqqət yetirirlər”

Bu gün fəxrlə deyə bilərik ki, artıq dünya brendi ola biləcək potentiallı gənclərimiz də var. Estoniyada professional satış meneceri kimi məşhurlaşan azərbaycanlı Rüfət Kərimli belə gənclərimizdən birdir. Qeyd edək ki, uzun müddət professional olaraq idmanla məşğul olan Rüfət Kərimli altı yaşından Estoniya milli komandasında döyüşür. Üç il ardıcıl olaraq çempion olan həmyerlimiz Karate-do üzrə Dünya Kubokunu qazanıb. O, 2015-ci ildən etibarən özünüinkişaf, özünügöstərmə və motivasiya ilə bağlı müxtəlif təlimlər, tədbirlər keçirib. 2017-ci ildən satış təlimlərini aparır. Eyni zamanda, Bakı şəhərində bir neçə dəfə təlimlər keçirib. Rüfət Kərimli TBEseminar (www.tbeseminar.eu) şirkətinin təsisçisi və baş koordinatorudur.

- Sizin əsas hədəfiniz nədir?

-Hüquq şöbəsinin həmtəsisçisi olaraq, mən yeni bir layihə üzərində çalışıram. Mənim hal-hazırda olan məqsədim TBE markasını dünyaya təbliğ etməkdir ki, intellektual satışlarla hər kəs tanış ola bilsin. Hətta daha böyük bir məqsədim odur ki, dunyanın ən məşhur Azərbaycan biznes şirkətlərindən biri olmaqdır. Eyni zamanda, peşəkar satışıların cəmiyyətini yaratmaq fikirindəyəm. Mən həmyerlilərimlə ideylarımı bölüşməyə hər zaman hazıram.

- Siz gənc yaşınızda bir sıra uğurlara nail olubsuz. Estoniya dövləti sizin fəaliyətinizi necə qiymətləndirir?

-Estoniya üçün mən xususi bir marka deyiləm. Mənim qələbəm artıq odur ki, mən Estoniya, Latviya, Finlandiya, İsveç, Azərbaycan kimi ölkələrdə çıxış edirəm. Bu, kimsə üçün uğurlu bir yol ola bilər, amma mənim üçün bu
bir uzun yolun başlanğıcıdır. İnanıram ki, mən dünyaya potensıalımın yalnız 5 faizini göstərdim. Bu, absurd görünə bilər, amma bütün uğurlu insanlar xəyalpərəst olublar, mən niyə istisna olmalıyam?

- Ümumiyyətlə, Estoniyada sizin potensialınızdan nə kimi yararlana bilirlər?

-Estoniyada bir çox gənc və mütərəqqi təşəbbüskar insanlar, BOLT, CREATIVE MOBILE kimi nəhənglər var. Onlar İT sahəsindəki mütəxəssislər və yenilikçilərdir. Mən hələ də onların qarşısında kiçik bir insanam.
Eyni zamanda, başqa bir iş adamı ilə (ortaq) bir layihəmiz var və hal-hazırda sığorta şöbəsindən (hər il həmin sığorta hər işsiz insana müəyyən miqdarda pul ayırır ki, işsiz insanı öyrətmək üçün). Məqsədimiz işsiz insanları öyrətməkdir. Bu, ikinci ən böyük layihələrimizdən biridir və subsiydiyalar dövlətdən ayırılacaq.

- Müasir zamanda satış üzrə rekord olmaq üçün şirkətlərdən əsas nə tələb olunur?

-Təəssüf ki, müasir dünyada sahibkarlar kadr hazırlığına az diqqət yetirirlər. Bəziləri öyrətmir, başqaları öyrənmir və nəticədə ziyan çəkən həmin şirkət, eləcə də onun müştəriləri olur. Mən tez-tez Bakıda olan müəyyən təşkilatlarla və tədbirləri keçirənlərlə əlaqə saxlayıram və bildiyim qədər onlar Ukraynadan müəyyən insanları dəvət edirlər, amma bir çox zaman həmin gələn insanlar auditoriyaya nədən danışdığını çox anlamırlar. Müqayisə etsək, təbii ki, Avropada olan mütəxəssislər daha
qiymətlidir və kefiyyət üçün çalışırlar. Mənim üçün bir az məntiqli deyil, nədən Ukraynadan dəvət edirlər, amma öz həmyerlini, özünə ad qazanan Estoniyadan dəvət etmirlər? Məsələn, Estoniyada, xidmət sektorlarında keyfiyyətə diqqət verirlər və keyfiyyətin əhəmiyyətini
yaxşı başa düşürlər. Bir çox zaman, sahibkar firma işçisi ilə 12 aylıq müqavilə bağlayır və beləliklə, sahibkar öz investisiyalarını itirmək şanslarını və rəqibini artırmaq üçün riskləri minimuma endirir.

- Azərbaycan məhsullarını xaricdə necə brendləşdirmək olar?

-Bütün yerlərdə restoranlar var və onlar hamsı yaxşı işləyirlər. Demək olar ki, hər bir ölkədə bizim öz diasporumuz var, bu da bizi çox sevindirir. Bizim məqsədimiz, dünyada yaşayan, uğur və özünə ad qazanan
həmyərlərimizi tapmaq olmalıdır ki, onlar öz arxalarında da bizi hiss edə bilsinlər. Biz bir-birimizə dayaq ola bilək, cünki digər millətlərin diasporları hətta heç bir ad qazanmayan insanlara da kömək etməyə çalışırlar, amma təəssüflər olsun, bizdə belə şeylər yoxdur. Bizim çox sayda savadlı, istedadlı insanlarımız var. Mən yalnız siyasətdən danışmıram. İdman, biznes, tibb və s. sahələrdə çalışanları da nəzərdə tuturam. Mən azərbaycanlı olmağımdan çox qürur duyuram.

- Əsas hansı məhsullar brendləşmək üçün faydalıdır?

-Yuxarıda qeyd etdiyim kimi, bizim müxtəlif sahələrdə çox istedadlı insanlarımız var. Hər kəs bizim dadlı mətbəxdən danışır, amma biz bir-birimizi çox yaxşı tanımırıq. Təsəvvür edin ki, eyni sahədə çalışan, amma fərqli ölkələrdə yaşayan, iki azərbaycanlı hər hansısa beynəlxalq konfransda görüşsəydilər, gələcəkdə birlikdə böyük işlər görə bilərdilər, bu necə gözəl ola bilərdi?! Xaricdə yaşayan hər bir azərbaycanlı ayrıca öz vətənini təmsil edir. Eyni zamanda, mən özüm dünyada gəzib və həmyerlərimizə bizim birlikdə olmağımızın önəmini və
vacibliyini çatdırmaq istəyərdim. Təəssüflər olsun ki, biz, bizim kökümüz hardan olduğunu çox tez unuduruq.

- Sizcə, müasir dövrün gəncliyi öz karyerası yolunda inkişafa nail olması üçün əsas nəyə fikir verməlidir?

-“Dostunu göstər, deyim kimsən” deyiminin burada yeri var. Onlara doğru nümunələr lazımdır. Əminəm ki, əgər kimsə, dünyanı gəzib və həmyerlilərlə görüşüb, biznes karyerasından danışsaydı, bunun gələcəkdə çoxlu
nəticələri olardı. Kitablar yenidən dostlarımız ola bilərdilər və harada yaşamağımıza baxmayaraq, gənclərimizə müsbət bir təsir göstərtərdi.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”
08.08.2019
Qurban kəsimini həyata keçirərkən azyaşlıların gözü önündə etməsinlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info