“Lragir”: “Gümrüdə əhalinin sayı 3 dəfə azalıb”
Tarix: 19.08.2013 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Vaan Tumasyan: “Hər həftə Gümrüdən Rusiya və Türkiyəyə avtobus dolu ailələr yola düşür, onlar burada yaşamağı perspektivsiz hesab edirlər”

Ermənistanda miqrasiya problemi aktuallığını qorumaqdadır. Nə qədər ki, Sərkisyanın başçılıq etdiyi kriminal-oliqarx rejim hakimiyyətdədir ölkə insansızlaşmaqda davam edəcək. Bunun çox bəsit səbəbləri var. Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin işğal siyasəti nəticəsində bu ölkə özünü tamamilə iflic vəziyyətinə salıb. Onsuz da Ermənistan ciddi iqtisadi potensiala malik, zəngin sərvətlərə malik ölkə deyil. Buna əlavə olaraq işğal siyasəti nəticəsində özünü regionda təcrid vəziyyətinə salma Ermənistanın siyasi-iqtisadi vəziyyətini xeyli ağırlaşdırıb. Təcrid vəziyyətində qalan Ermənistan iqtisadi cəhətdən o qədər ağır vəziyyətə düşüb ki, ianələrdən tam asılı hala gəlib çatıb. Sovet illərindən qalan müəssisə və zavodların işə düşməsi üçün region ölkələri ilə əməkdaşlıq qurulması mütləqdir ki, İrəvan işğal siyasəti ilə bu şansı dəfn edib. Ona görə də Ermənistan böhran vaxtlarında borc almaqla vəziyyətdən çıxmağa çalışıb və çalışmaqda da davam edir. Bu siyasətin nəticəsidir ki, Ermənistanın dövlət borcu büdcəni dəfələrlə üstələyir. Bu da dövlətin varlığı üçün ciddi təhlükə mənbəyidir. Xarici mənbələrdən alınan kreditlərin çoxluğu Ermənistanın milli valyutası olan dramın qiymətdən düşməsinə səbəb olub. Milli valyutanın qiymətdən düşməsi onsuz da yoxsulluq içində, minimum əməkhaqqı və təqaüdlə yaşayan təbəqə üçün faciə deməkdir. Ermənistan əhalisinin əksəriyyəti yoxsulluq içində yaşayır. Çünki minimum əməkhaqqı onların bir aylıq ehtiyaclarını ödəmək üçün yetərli deyil. Düşmən ölkənin mətbuatını izləyəndə aztəminatlı əhalinin, təqaüdçülərin yaşayışının dözülməz həddə olduğunun şahidi oluruq. Ona görə də gənc nəslin nümayəndələri də Ermənistanı tərk etməyə üstünlük verirlər. Onlar Ermənistanı yaşamaq üçün yer hesab etmədiklərindən ölkədən qaçırlar. Əvvəllər orta nəslin nümayəndələri kütləvi halda ölkəni tərk etdiyi halda, son illərdə gənc nəslin nümayəndəlirinin axını sürətlənməyə başlayıb. Bu isə cəmiyyət üçün fəlakət deməkdir. Belə davam edərsə, yaxın 5-10 il ərzində Ermənistan ordusuna çağırmağa çağırışçı tapılmayacaq. Ermənistan mətbuatı tez-tez ölkədəki miqrasiya ilə bağlı xəbərlər gündəmə gətirir, ekspertlər həyəcan təbili səsləndirirlər. Elə «Lragir»də nəşr edilən son məqalələrin birində yenə də bu mövzuya toxunulub. Məqalədə qeyd edilir ki, əhali sayına görə, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə miqrasiya faciəli hədd çatıb: “Əgər əvvəllər miqrasiya mövsümi xarakter daşıyırdısa, indi daimi hal alıb. İşləmək üçün xarici ölkələrə üz tutunlar bir müddət sonra ailələrini də birdəfəlik öz yanlarına aparırlar. Gümrüdə yerləşən QHT-lərdən birinin rəhbəri Vaan Tumasyan bildirir ki, əhvali-ruhiyyə və satılan evlərin sayındakı artım təsdiqləyr ki, ailələr birdəfəlik Gümrünü tərk edirlər: “Demək olar ki, hər həftə Gümrüdən Rusiya və Türkiyəyə avtobus dolu ailələr yola düşür. Ailələrin çoxu Türkiyəyə dəvət əsasında gedir. Avropa və Amerikaya gedənlər də var. Gümrüdəki işsizlik və yoxsulluq Ermənistanda ən yüksək səviyyədədir-50 və 47,7 faiz. Miqrasiyanın sürətlə artmasında psixoloji amillər də rol oynayır. İnsanlar burada yaşamağı perspektivsiz hesab edirlər. Səliqəsiz, dağılmış vəziyyətdə olan küçələr, yarımçıq tikililər böyük məyusluq yaradır. Mən anlaya bilmirəm ki, hakimiyyət bütün bunları bilərəkdənmi edir? Əhalinin ölkəni tərk etməsi onların nəyinə lazımdır? Yəqin ki, bunun da məqsədi var. Elə edirlər ki, insanlar kiçik uğurdan belə, təsəlli tapıb, sevinsinlər. Bir-neçə küçəni təmir ediblər, vəssalam, qalanları dağılmış vəziyyətdədir. Ona görə də, gümrülülər çətin ki, doğma şəhərdə qalmaq istəsinlər. Zəlzələyə qədər Gümrüdə təxminən 240 min əhali yaşayırdı, indi isə bu rəqəm təxminən 3 dəfə azalaraq 80 minə enib. Axşam 6-dan sonra küçədə kimisə görmək mümkün deyil. Şəhərin atmosferi sıxıcıdır-səhərlər belə, küçələrdə kimsə görünmür. Şəhərdə sadəcə başqa ölkəyə getmək üçün vəsaiti olmayıb, yardım hesabına yaşayanlar qalıb”.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info