“Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
Tarix: 16.07.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Rac Qasımov: “Kanada Missiyası bizim Ukrayna qaçqınlarına etdiyimiz yardımı çox maraqla və təəccüblə qarşıladı”

Məlum olduğu kimi, iyulun 21-də Ukraynada Ali Radaya (parlamentə) növbədənkənar seçkilər keçiriləcək. Seckiöncəsi Ali Radaya namizədlərin təbliğatında diaspor da fəal iştirak edir. Bu baxımdan, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımovun da fəaliyyəti diqqəti çəkir. Rac Qasımovdan bu və digər məsələlərlə bağlı fikirlərini öyrəndik.

- Parlament seçkiləri öncəsi Jitomirdəki Azərbaycan diasporu olaraq, nə kimi aktivlik göstərirsiz?

- Jitomir şəhərindən majoritar qaydada 18 nəfər Ali Radaya namizədliyini verib. Bunlardan 2-3 nəfəri Azərbaycanpərəstdir. Onlar hər zaman bizi dəstəkləyiblər, tədbirlərimizdə iştirak ediblər və Azərbaycan haqqında müsbət fikirlər səsləndiriblər. Ali Radada belə insanların olması bizim gələcək fəaliyyətimizə də müsbət təsir edəcək. Onlar bizi daha tez eşidəcəklər. Bizim də gələcəyimiz seçkidən asılıdır. Biz nə qədər namizədləri çox dəstəkləsək, onlar da deputat olarkən bizi çox dəstəkləyəcəklər.
Yəqin ki, seçki günü biz də müşahidəçi qismində seçki məntəqələrində olacağıq.

- Azərbaycançılıq ideologiyası xaricdəki soydaşlarımız arasında nə dərəcədə milli birlik yaradıb?

- Azərbaycançılıq ideologiyasının pozitiv xarakteri dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideya ətrafında toplayıb. Azərbaycançılıq, eyni zamanda, milli ənənəyə söykənir. Bu həm də milli birlik idelogiyasıdır. Bu ideya, ümumiyyətlə, dövlətçiliyimizin ideoloji təməlini təşkil edir. Xaricdəki soydaşlarımız da hər bir işini azərbaycançılıq ideologiyasına əsaslanaraq qurmalıdır. Biz də Ukraynada – Jitomirdə fəaliyyətimizi azərbaycançılıq ideologiyasına əsasən davam etdiririk.

- “Bazar günü” məktəbində uşaqlara hansı mövzuda dərslər keçirilir?

- Biz Ukraynanın Jitomir vilayətində yaşayan həmvətənlərimizin iştirakı ilə Azərbaycan Mədəniyyət Mərkəzi yaratmışıq. Düşünürəm ki, azərbaycançılığın təbliği üçün bundan yaxşı məkan olmaz. Övladlarımıza Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərimizin, tariximizin, əlifbamızın, adət-ənənələrimizin öyrədilməsi üçün “Bazar günü” məktəbi də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş kitabların bu məktəbdə şagirdlərə təmənnasız verilməsi, iş prosesində iştirak edənlərin daha səmimi, fədakar çalışması üçün güclü bir motivasiya qaynağı oldu. Ölkəmizin sürətli inkişafı haqqında həmvətənlərimizə mütəmadi olaraq geniş məlumat verilir, onların Vətənlə bağlılığının qopmasına imkan vermirik.

- Ukraynada Azərbaycan turizmilə bağlı nə kimi layihələr həyata keçirmək olar?

- Ukraynada Azərbaycan turizmilə bağlı birgə layihələr həyata keçirmək olar. Məsələn, bu yaxınlarda Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı deyib ki, Azərbaycan və Ukrayna arasında qarşılıqlı turizm və gənclər günlərinin, yaxud birgə tədbirlərin keçirilməsi maraqlı olardı. A.Palatnı qeyd edib ki, Azərbaycan turizm cəhətdən olduqca cəlbedici ölkədir və xarici ölkələrə üz tutan ukraynalı gənclər üçün Azərbaycanın mütəmadi təqdimatı heç də pis olmazdı: "Bu yaxınlarda bizim telekanallarımızdan biri Azərbaycanın turizm bölgələrindən veriliş hazırlamışdı. Mən də baxdım. Düşündüm ki, biz bu sahədə layihələrimizi çoxalda bilərik”. Gördüyümüz kimi, Ukrayna bizim ölkə ilə istənilən sahə üzrə əməkdaşlıqda maraqlıdır. Ümid edirəm ki, Azərbaycanda turizm sahəsində aidiyyəti qurumlar bu istiqamətdə addımlar atacaqlar. Biz Jitomirdəki Azərbaycan diasporu olaraq daimi ölkəmizi tanıdır, təbliğ edirik. Burada rəsmi tədbirlərdə iştirak edərək Azərbaycanın gəzməli, görməli yerləri haqqında məlumatlar veririk. Azərbaycandan turizmlə bağlı layihələrin Ukraynada həyata keçirilməsi üçün edilən hər bir təklifi dəyərləndirərək, əməkdaşlıq etməyə hazırıq.

- Siz Ukraynada qaçqınlara nə kimi dəstək verirsiz?

- Biz Ukraynada tez-tez qaçqınlara yardımlar edirik. Maraqlıdır ki, bizim bu fəaliyyətimiz dünya mediasının da diqqətindədir. Belə ki, aprel ayında, prezident seçkilərindən sonra Kanada Missiyasının (KANADEM) iki nümayəndəsi - Yuliya Prodanyuk və Şon Seyqer bizim ofisdə oldular. Onu da deyim ki, bu, seçkini qərəzsiz müşahidə edən demokratiya, sülh və təhlükəsizliyi təmin edən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Onlar diasporun Ukrayna cəmiyyətində rolu, diaspor nümayəndələrinin Ukraynadakı prezident seçkilərinə, diasporun problemlərinə münasibəti, qaçqınlara dəstək və s. məsələləri qaldırmışdılar. Bu məsələlərlə bağlı biz onların suallarını cavabladıq. Kanada Missiyası bizim Ukrayna qaçqınlarına etdiyimiz yardımı çox maraqla və təəccüblə qarşıladı... Və onlar sonradan bizim bu çıxışımızı Kanada mediasında dərc etmişdilər. Sevindirici haldır ki, parlament seçkiləri öncəsi, iyulun 5-də Kanada Missiyasının daha iki nümayəndəsi-Aleksandra Hollanda və Sean McEachern qonağımız oldular. Onlarla parlament seçkiləri və qaçqınlarla bağlı geniş söhbət etdik. Yaxın günlərdə bizim bu söhbətimiz də Kanada mediasında işıqlandırılacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
21.10.2019
“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirir”
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
15.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
14.10.2019
“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info