ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
Tarix: 16.07.2019 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


“Tanıdığım, vaxtilə işinə həsəd apardığım müəllimlərim məhz ADPU-nun məzunu olduqları üçün mən də oranı seçdim”

“Ən əsası, cəmiyyətin xeyrinə təmənnasız hər hansı bir işi etmək bacarığıdır”

Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında, əlbəttə ki, gənclərin böyük rolu var. Müasir gənclərimiz həyatın bütün sahələrindəki fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz müxtəlif sahələrdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilirlər. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir. Dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Bu gənclərimiz, tələbələr, həm də könüllülər ordusunun aparıcı qüvvələridir. Uğurlu daxili siyasətin nəticəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf edir. Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Bu dəstək könüllü fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması, onun həyata keçirilməsinə maddi dəstəyin göstərilməsi, könüllülərin dövlət əhəmiyyətli tədbirlərə cəlb edilməsi və digər fəaliyyət müstəvilərində təzahür edir.

Müsahibimiz belə könüllülərdən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3 kurs tələbəsi Nərmin Qəhrəmanlıdır:

- Mən Sumqayıt şəhərində anadan olmuşam. Ə.A.Eyvazov adına 275 nömrəli məktəb- liseyi bitirmişəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində təsviri incəsənət ixtisası üzrə 3 kursu başa vurmuşam, növbəti tədris ilində 4-cü kurs tələbəsi olaraq təhsilimi davam etdirəcəm. Bundan başqa, tələbəlik illərimi daha da maraqlı etmək üçün könüllü fəaliyyəti ilə də məşğul olmağa çalışıram. İlk könüllü fəaliyyətim üçün isə seçimim “BİR” Tələbə könüllü proqramı olmuşdu. Hansı ki, 2017-ci ildə müəllimlərin işə qəbul imtahanına könüllü nəzarətçi olaraq seçilmişdim.
- Hazırda təsviri incəsənət ixtisası üzrə təhsil alırsınız. Müəllim peşəsini sevirsinizmi?
- Ümumiyyətə, uşaqlıqdan müəllimlik peşəsinə marağım var idi. Bu isə ibtidai sinif müəllimimə olan sevgidən irəli gəlirdi. Sonradan isə bu sevgi uşaqlara olan sevgiyə çevrildi. Bundan başqa, bütün insanlar hansısa peşəyə yiyələnmək üçün , öncə məktəbdə müəllimdən öyrənir. Həkim, mühəndis, vəkil, polis hər biri müəllimindən nə isə öyrənərək, hansısa mərtəbəyə yüksəlir. Ona görə də bu peşəyə hər zaman sevgim var.
- Bəs ixtisas seçimində niyə məhz ADPU-nu seçdiniz. Bu gün təhsil aldığınız ali məktəbin tədris səviyyəsini necə qiymətləndirirsiniz?
- Çünki tanıdığım, vaxtilə işinə həsəd apardığım müəllimlərim məhz ADPU-nun məzunu olduqları üçün mən də oranı seçdim. Universitetin tədris səviyyəsini yaxşı dəyərləndirirəm. Təbii ki, mükəmməl deyə, bir şey yoxdur, amma hər il inkişaf olduğuna inanıram. Əziyyətə dəyər verildiyini düşünürəm.
- Bu 3 illik təhsil müddətində nələri qazanmısınız?
- Müəllim olmağın gözəlliyi ilə yanaşı, çətinliyi və çox məsulliyyətinin olduğunu öyrəndim. Buna görə də ilk növbədə məsuliyyətim artdı. Bundan başqa, müəllimin bilik öyrətməkdən başqa, yeri gələndə psixoloq, yeri gələndə həkim, bəzən də rəssam olmağı bacarmalı olduğunu öyrəndim. Yəni, qısası, müəllim hər şeyi bilməlidir ki, savadlı, sağlam, istedadlı kadrlar yetişsin.
- Rəsm çəkməyə həvəsiniz nə vaxtdan yaranıb?
- Hazırda təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alıram. Uşaqlıqdan həvəsim olmasına baxmayaraq, buna adi yanaşırdıq. Nə vaxtsa müəllim olacağam deyirdim, ancaq rəsm müəlliməsi olacağım ağlıma belə gəlməzdi.
- Hansı üslubda rəsmlərə üstünlük verirsiniz? Bir rəssam kimi öz fərdi sərginizin olmasını istərdinizmi?
- Əslində, mənim üçün fərqi yoxdur. Ancaq portret janrına üstünlük verirəm. O ki qaldı bir rəssam kimi öz fərdi sərgimin olmasına, əlbəttə, istərdim. Ancaq bunun üçün özümün hələ ki yetərli səviyyədə olduğumu hiss etmirəm. Ümumiyyətlə, gənclər arasında, əvvəlki illərə nisbətən, son illərdə bu sahəyə maraq daha da artıb.
- Bir gənc müəllim kimi şagirdlərlə işləmək çətin olmayacaq ki, özünüzü buna hazır hiss edirsinizmi?
- Əksinə, gənc olarkən, yenicə öyrəndiyin şeylərdən istifadə edərək başqalarına da həmin öyrəndiklərimi öyrətmək daha da xoş təsir bağışlayır. Sənətə qarşı həvəsin artır.
- Siz həm də könüllü kimi fəaliyyət göstərirsiniz. Sizin üçün könüllü olmaq nədir?
- Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir. Ən əsası, cəmiyyətin xeyrinə təmənnasız hər hansı bir işi etmək bacarığıdır. Hazırda müəllimlərin işə qəbul imtahanında komanda rəhbəri olaraq könüllü kimi fəaliyyət göstərirəm.
-Gələcək planlarınızla bağlı nə deyərdiniz…
- Gələcək planlarım, öncə magistr olaraq, təhsilimi davam etdirmək və öz ixtisasım üzrə çalışmağı düşünürəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
21.10.2019
“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirir”
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
15.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
14.10.2019
“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info