İnquşetiyada nəsli kəsilmiş Ön Asiya bəbirinin izləri tapılıb
Tarix: 16.07.2019 | Saat: 21:57:00 | E-mail | Çapa göndər



İnquşetiyada, “Erzi” Dövlət Təbiət Qoruğunda bu regionda nəsli kəsilmiş sayılan Ön Asiya bəbirinin izləri tapılıb. AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla bildirir ki, bu barədə məlumatı İnquşetiya hökumətinin mətbuat xidməti yayıb.

Qoruğun direktoru Əhməd Merjoyevin sözlərinə görə, bütün məlumatlar Rusiya Təbiət Nazirliyinə göndərilib. İdarədə İnquşetiyanın Ön Asiya bəbirinin reproduksiyası üzrə federal proqrama daxil edilməsi məsələsi nəzərdən keçirilir. Şimali Qafqaz regionu ərazisi bu yırtıcının tarixi arealıdır.
Qoruğun əməkdaşları respublikanın “Qırmızı kitabı”nın yeni nəşrinə daxil edilməsi üçün tövsiyə olunan flora və fauna növlərinin siyahısını da tərtib ediblər. Son il ərzində mühafizə olunan təbiət ərazisində 575 onurğasız heyvan və mindən çox borulu bitki növü qeydə alınıb. Əvvəllər İnquşetiya ərazisində müşahidə olunmayan 50 növdən çox sporlu bitki növü üzə çıxarılıb.
“Erzi” qoruğu respublikanın Sunjen və Ceyrax dağlıq rayonlarında iki sahədən ibarətdir. İnquş dilində onun adı “oryol” deməkdir. Terek çayının Assa və Armxi qolları qoruğun ərazisindən axır.
Dünyada Ön Asiya bəbiri (latın dilində adı - Panthera pardus ciscaucasica) təqribən min fərddir. Bu heyvanlar subalp çəmənliklərdə və enliyarpaqlı meşələrdə yaşayır. Bir neçə ölkədə, əsasən Xəzəryanı regionda – Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkiyə və digər dövlətlərdə bu heyvanın kiçik populyasiyaları qeydə alınıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının “Qırmızı kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş nadir bəbir növlərinin tarixi arealının qorunub saxlanılması məqsədi ilə bu yırtıcı heyvanların məskunlaşdığı yerlərdə (Hirkan və Zəngəzur milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi qorunan təbiət əraziləri yaradılıb. Nazirlik 2000-ci ildən Dünya Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin ən nadir fauna növlərindən birinin – Qafqaz bəbirinin mühafizəsi üzrə iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə nazirlik tərəfindən bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planı təsdiq edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Beynəlxalq Ekologiya Şirkətinin təşəbbüskarı Leyla Əliyevanın nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) mühafizəsi üzrə “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verir.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
05.06.2020
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
05.06.2020
Sakin baş naziri öz həyətindən uzaqlaşdırdı
05.06.2020
İnsan sifətində doğulan heyvanlar - VİDEO
04.06.2020
Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info