Trampın “irqçi açıqlaması”nın Nümayəndələr Palatasında səsə qoyulması planlaşdırılır
Tarix: 17.07.2019 | Saat: 09:04:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində irqçi olmadığını bildirərək, Konqresin Nümayəndələr Palatasında dörd qadın qanunverici haqda açıqlamlarına görə kəskin tənqidləri rədd edərək, öz mövqeyindən geri çəkilmir.
APA “amerikanınsesi”nə istinadən xəbər verir ki, Trampın sosial mediada Konqresdə ağ irqə mənsub olmayan dörd qanunverici qadın – İlhan Ömər, Aleksandriya Okazio-Kortes, Ayan Pressli və Rəşidə Tleyb haqda söylədikləri irqçi və ksenofobiya məzmunlu kimi qəbul edilir.
Tramp çərşənbə axşamı günü tvitter səhifəsində açıqlamlarının irqçi məzmun daşımadığını deyərək, sözügedən qadınların “ölkəyə nifrət etdiyini” bildirib.
Demokratların nəzarətində olan Nümayəndələr Palatasında çərşənbə axşamı günü prezidentin dörd qadın qanunvericini hədəf alan irqçi açıqlamalarını qınayan qətnamənin səsə qoyulması planlaşdırılır.
Nümayəndələr Palatasında böyük nüfuza malik olan Steni Hoyer səsvermə keçiriləcəyini elan edib və deyib ki, o, respublikaçıların “ölkəni partiyadan irəli qoyacağına” və demokratlarla bərabər qətnaməyə səs verəcəyinə ümid bəsləyir.
Qətnamə Nümayəndələr Palatasında azlıqda olan respublikaçılar tərəfindən pislənib.
Xatırladaq ki, Tramp bazar günündən başlayaraq, Twitter səhifəsində Nümayəndələr Palatasının dörd qadın üzvünü hədəf alan mesajlar paylaşıb.
Trampın Konqresin qadın üzvlərini hədəf alan tvitləri geniş reaksiyalar doğurub
O, proqressiv demokrat qadın qanunvericilərin Birləşmiş Ştatları tərk etməli olduğunu deyib. Müxbirlər ona “onların haraya getməli olduğu” haqda sual verib.
“Bu onların işidir. Haraya istəyirlər oraya, ya da onlar qala bilərlər. Lakin onlar bu ölkəni sevməlidirlər. Onlar bu ölkəyə nifrət etməməlidirlər”, Tramp kabinet üzvləri ilə görüş zamanı bildirib.
Tramp əlində saxladığı kağızı göstərərək, deyib ki, “qadın Konqres üzvləri tərəfindən deyilənlər o qədər pisdir ki, o bunları oxumaq belə istəmir”.
“Bu, mənim fikrimdir, onlar bizim ölkəyə nifrət edir” – deyə, prezident əlavə edib.
Konqresə seçilən ilk iki müsəlman qanunverici olan İlhan Ömər və Rəşidə Tlayib Trampın impiçmentinə çağırıblar.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Mehriban Əliyeva xalqın etimadını layiqincə doğruldur
26.08.2019
Prezident Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib
26.08.2019
Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik haqqında
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info