Paytaxtda 3 tam orta məktəbin köhnə korpusları sökülərək yenidən tikiləcək
Tarix: 17.07.2019 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Palitra”ya verilən məlumata görə, hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır.
Belə ki, 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 154 və 205 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.
Hazırda həyata keçirilən bütün təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
13.08.2020
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info