SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
Tarix: 17.07.2019 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


SOCAR İstiqrazlarının sahiblərinə yenə 1.25 milyon dollar ödənildi


Dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 2019-cu il üzrə 17 iyul tarixində sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edildi və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmiş oldu. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 11 milyon 250 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar.)
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, toplamda 1.25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1800 əqd bağlanıb. 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış oldu.
İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari ilin 17 oktyabr tarixində baş tutacağı bildirilib.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
12.08.2020
“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb
12.08.2020
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
12.08.2020
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
12.08.2020
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyatı banklara göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
3 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
4 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
5 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info