Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb
Tarix: 17.07.2019 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyat İnstitutu (Aİİ) 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, kütləvi informasiya agentliklərini rəhbərləri və jurnalistlər iştirak ediblər.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində, mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-cü ildən sonrakı dövrdə də bütün sahələrə olduğu kimi, yazarlara, mətbuat işçilərinə, qələm əhlinə xüsusi diqqət və qayğı göstərib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, hər il iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.
Rektor bildirib ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb. C.Məmmədov mətbuatın dövlət-din münasibətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini bu sahədə həyata keçirilən islahatları ictimaiyyətə çatdırmaqda daha da fəal olmağa çağırıb. Dünyada, xüsusilə din sahəsində baş verən dəyişikliklərin ictimaiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş Milli Mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.
Ə.Amaşov bildirib ki, Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunu oyadıb. Həmçinin 144 il öncə Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin şanlı ənənəsinin bugünkü mətbuatımız tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ə.Amaşov daha sonra bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti önəmlidir. O, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Aİİ-nin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən media nümayəndələri təltif olunublar. Qeyd edək ki, mükafatlandırılan jurnalistlər arasında əməkdaşımız da olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib
21.08.2019
“Kürəkənimin dəfn mərasiminə gəlməyin”
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşəcək
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info