Ermənistanda iş yerlərinin itxtisarı gözlənilir
Tarix: 17.07.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Ermənistan hökuməti 2020-ci il yanvarın 1-dən etibarən ölkədə pensiyaların 10 faiz artırılacağı vədini verib. Bu, təxminən 560 min vətəndaşı əhatə edəcək.
Maraqlıdır ki, «Qolos Armenii» saytına danışan erməni iqtisadçı Vardan Bostanjyan hökumətin bu vədinə elə indidən şübhə ilə yanaşır. İqtisadçı yaranmış şübhəsinə əsas da gətirir. Onun sözlərinə görə, hökumət bu vədlərin yerinə yetirilməsinə imkan verəcək maliyyə gəlirlərinin mənbələrini göstərmir. İqtisadçı pensiyaların artırılmasını ancaq hökumət tərəfindən nəzərdə tutlan bir çox layihələrin ixtisara salınması hesabına nail olmağın mümkünlüyündə görür. Onun fikrincə, bu da elə bir effekt verməyəcək. Çünki pensiyaların 10 faiz artırılması ilin son aylarında artan ərzaq qiymətlərinin təsirlərini qismən azaldacaq.
Qeyd edək ki, bu ilin sentyabrından etibarən Ermənistan hökuməti müəllimlərin də məvaciblərinin artırılacağı barədə anons verib. Xatırladaq ki, artıq iyundan başlayaraq erməni hərbçilərinin məvaciblərində müəyyən artım nəzərə çarpmaqdadır. Bunu Ermənistan parlamentinin tribunasından elan edən deputat Armen Pambuxçyan, nədənsə, hərbçilərə verilən artımın mənbəsini bəyan etməkdən yayınmışdı. Lakin son günlər erməni KİV-ləri buna aydınlıq gətiriblər. Belə ki, artıq erməni mediasında ölkənin silahlı qüvvələri sırasındakı azalma barədə məlumatlar yayımlanmaqdadır. Deməli, Paşinyan bir güllə ilə iki dovşan vurmağa cəhd edir.
Bu arada qeyd edilməlidir ki, hökumətin ölkədə minimum əmək haqqının artırılması barədə qərarı artıq yerli administrasiyalar arasında narazılığa səbəb olmaqdadır. Məsələ bundadır ki, bu administrasiyalarda bir çox insanın minimum əməkhaqqı ilə işləməsinə baxmayaraq, yerli büdcələrə daxil olan gəlirlər hələ də arzuolunmaz vəziyyətdədirlər. Belə olan halda, yerli administrasiyalar əməkhaqqı artımına ancaq bəzi əməkçilərin ixtisara göndərilməi hesabına nail ola bilərlər. Başqa sözlə, bəzi işçilərin minimum əmək haqqı başqalarının işdən qovulması hesabına artacaq.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, Ermənistanda əməkhaqqı və pensiyalar dövlət büdcəsinə əlavə gəlirlər verə biləcək hökumətin effektiv siyasəti hesabına deyil, sadəcə olaraq kütləvi şəkildə itxtisarlar və işsizlərin sayının artması hesabına artacaq. Belə görünür ki, Paşinyan hökuməti ölkədə işsizlərin sayının artması hesabına populist vədlərini yerinə yetirməyə çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
3 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
4 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
5 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info