8-ci Ağacbaşı-Kulakkaya Beynəlxalq Yaylaq, Mədəniyyət və Sənət Festivalında Azərbaycan təmsil olunub
Tarix: 17.07.2019 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


İllərdir Azərbaycanı müxtəlif beynəlxalq mədəniyyət və sənət platformalarında layiqincə təmsil edən “Anka” Azərbaycan Rəqs və Sənət Klubu Qardaş Türiyənin Girəsun şəhərində keçirilən 8 – ci Ağacbaşı-Kulakkaya Beynəlxalq Yaylaq Mədəniyyət və Sənət Festivalına rəqsləri ilə öz damğasını vurub.Bu barədə Klubun başqanı, Türkiyə Xalq Rəqsləri Federasiyasının və Dünya Rəqs və Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Dərya Akdemir məlumat verib. Onun sözlərinə görə, təbiətinin gözəlliyi ilə insanı heyran edən Qara dənizdə belə bir festivala dəvət aldıqları zaman olduqca sevinib. Azərbaycan rəqslərini, musiqisini və bütövlükdə milli - mədəni zənginliklərini təmsil etməyi yarandığı gündən qarşısına məqsəd qoyduğunu deyən D.Akdemir bu tədbirdə də layiqli bir şəkildə Vətənini təmsil etdiyini xüsusi ilə vurğulayıb: “Müxtəlif xarici ölkələrdən və eyni zamanda Türkiyənin fərqli şəhərlərindən gələn rəqs qrupları ilə eyni səhnəni paylaşmaq bizim üçün çox önəmli idi. Burda biz dəniz səviyyəsindən 3000 metr yüksəklikdə təbiətin şıltaqlıqlarına baxmayaraq, Azərbaycanımızı layiqincə təmsil etməli, izləyicilərdə rəqslərimiz, musiqilərimizlə bağlı fikir formalaşdırmalı idik. Musiqilərimizi səsləndirərkən, rəqslərimizi ifa edərkən tamaşaçıların necə fərqli bir atmosferə düşdüklərini görmək, bizim alqışladıqları zaman gözlərindəki sevinci və heyranlığı hiss etmək o qədər gözəl idi ki! Böyükdən kiçiyə hər kəs Azərbaycan musiqisi, rəqsləri haqqında xoş sözlər deyirdi. Bu isə bir daha sübut etdi ki, dünyanın harasında oluruqsa olaq, Azərbaycan musiqisi, Azərbaycan rəqsi və bütövlükdə Azərbaycan incəsənəti ilə bütün dünyanı fəth etmək mümkündür. Belə bir hissi bizə yaşatdığına görə başda Batlamalılar Mədəniyyət Həmrəylik və Yardımlaşma Dərnəyinə, onun rəhbəri İlhan Sandala, eyni zamanda klubumuzun solisti çox hörmətli Mustafa Güzeldereye də öz təşəkkürümü bilidirirəm. Bundan sonra da çalışacağıq ki, mədəniyyətimizi istər ölkə daxilində, istərsə də ölkə xaricində layiqincə təmsil edək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Stallone son “Rembo” filminin yeni treylerini nümayiş etdirib
21.08.2019
Ceyms Bond haqqında yeni filmin adı açıqlanıb
19.08.2019
Məşhur pianoçu Xatiya Buniatişvili Bakıda konsert verəcək
19.08.2019
Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub
18.08.2019
Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info