“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
Tarix: 17.07.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


"İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 8 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edib. Layihənin mövzusu insan hüquqları, Cəmiyyətdə mövcud olan önyarğıların müəyyən edilməsi olub.
Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, müzakirələr, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadə etmə bacarıqlarını formalaşdırması üzərində çalışıblar. İştirakçılar önyarğıların mənfi tərəflərini və dəyişmək üçün nə etmək lazım olduğuna dair “workshop” hazırlayıb, eyni zamanda komandada işləmə bacarıqlarını təkmilləşdiriblər.
“İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edən “İrəli” İctimai Birliyinin gənc fəalları 5 ölkədən olan layihə iştirakçılarına Azərbaycan həqiqətləri haqqında məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib
21.08.2019
“Kürəkənimin dəfn mərasiminə gəlməyin”
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşəcək
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info