Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib
Tarix: 17.07.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yoxa çıxan neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi şənbə günündən bəri məlumat alınmayan Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankeri barədə məsələni şərh edib. O, Fars körfəzində başqa bir ölkəyə məxsus neft tankerində texniki nasazlıq baş veridiyini bildirib. İran dəniz qüvvələri də kömək istənilən gəmiyə beynəlxalq qanunlara uyğun olaraq yardım edib. İranın BƏƏ-yə məxsus neft tankerini ələ keçirdiyi ilə bağlı iddialara sərt reaksiya verən A.Müsəvi deyib ki, İran dəniz qüvvələri gəmiyə lazımi müdaxilənin olunması üçün onu İran sularına gətirib.
Xatırladaq ki, Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerindən şənbə günündən bəri məlumat alınmırdı.
Tankerin monitorinq şirkəti “Refinitiv”in analitik Ranjit Raja bildirib ki, həmin tanker son 3 ayda izləmə sistemini bağlamayıb. “Bu, təhlükə əlamətidir”, - deyə o qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Paşinyanın inkişaf yalanları Ermənistanda istehza ilə qarşılanır
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info