“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
Tarix: 17.07.2019 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə “Rusiya-Azərbaycan münasibətlərində diaspor vacib amil kimi: KİV-in rolu və müasir proseslər” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov təşkilatın fəaliyyəti barədə məlumat verib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanlıları Konqresinin ləğvindən sonra dövrün tələbinə uyğun olaraq, Rusiya Azərbaycanlıları İttifaqı yaradılıb: “Təşkilat 56 regionu birləşdirə bilib. Qısa müddətdə mühüm işlər görüldü, Respublika Günü təntənəli şəkildə qeyd olundu, deputatlar, ictimai-siyasi xadimlər, diaspor rəhbərləri həmin tədbirdə iştirak etdi. Vətəndaş cəmiyyəti ilə sıx işləyirik, mədəniyyət nümayəndələri də başda olmaqla onların ölkəmizin ünvanına xoş fikirlər söyləməsinə çalışırıq. İstəyirik ki, Rusiyada azərbaycanlı ekspertlərin sayı çox olsun. Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”.
Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı qısa zaman ərzində fəaliyyəti ilə yeni nəfəs gətirib: “Erməni vandalizmini dünyaya, o cümlədən, Rusiyaya aşılamaq çətindir. Filmlər və digər mədəniyyət nümunələri ilə bunu təqdim edəndə millətlərarası nifaq salınması kimi qiymətləndirilir. Deməli, başqa yollar axtarmalıyıq. Hər şey insan amilindən başlayır. Rusiya isteblişmenti ilə sıx əlaqə qurmalıyıq. Ruslara bizim onlara yaxın olduğumuzu tarixdə olan faktlarla izah etməliyik”.
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, xaricdə olan hər bir diaspor təşkilatının nümayəndələri yaşadıqları ölkə ilə Azərbaycanın münasibətlərinə istilik gətirməyə çalışmalıdır: “Onlar fəaliyyətləri çərçivəsində dövlətin maraqlarından çıxış etməlidir. Bizim təşkilatlar bu missiyanı yerinə yetirə bilir. Bəzi qüvvələr təəssüf ki, Rusiyada neqativ proseslərin yaranmasına çalışırlar. Elə mübarizəmizdə əsas hədəf də bu istiqamətdə olmalıdır. Diasporlarla İş üzrə Dövlət Komitəsi də böyük işlər görür. Sevindirici haldır ki, diaspor təşkilatlarımız milli maraqlarımızı qorumaq iqtidarındadır”.
Telejurnalist Turan İbrahimovun sözlərinə görə, azərbaycanlılar üz tutduqları xarici ölkədə mühüm məqamı unudur: “Onlar ikili vətəndaşlıq alsalar da, Vətən birdir. Vətən və dövlət anlayışları ya bir-birinə qarışdırılır, ya da ümumiyyətlə, bu anlayışlar bir qrup şəxslər üçün yoxdur. Bəzi soydaşlarımız Azərbaycanla bağlı məsələdə mövqe ortaya qoymaq istəmir. Hansısa qüvvələrin onların şəxsi iddialarına mane olacaqlarını düşünürlər. Rusiya Azərbaycanlıları İttifaqı azərbaycanlıları ölkəmizlə bağlı məsələlərə cəlb etməlidir”. Tədbirdə eyni zamanda Rusiya Azərbaycanlıları İttifaqının təşkilatçılığı və maliyyə dəstəyi ilə fəaliyyətə başlayan Raisar.org saytı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info