«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
Tarix: 17.07.2019 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


«Vaşinqtonla əməkdaşlıq üçün ilk addımı biz atmalıyıq»

«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır. Bu, bizim «potensialımıza» rəğmən, utancverici bir göstəricidir. Doğrudur, Ermənistanın bütün səlahiyyətliləri ABŞ-Ermənistan münasibətlərinin dəriləşməsiynə nail olmağa çalışsalar da, təəssüflər ki, hələ də bu sahədə elə də böyük uğur əldə ediliməyib».
Bu fikirləri erməni ekspert Suren Sarkisyan «Tert.am» saytına Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanun Amerika Birləşmiş Ştatları ilə əlaqələrin dərinləşməsinə dair verdiyi bəyanata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün erməni-amerikan əlaqələri iki ölkənin potensialına uyğun səviyyədə deyil: «Hazırda ABŞ-da böyük və «nüfuzlu» erməni icmasının olmasına baxmayaraq, hələ ki, iki ölkə arasındakı
münasibətlər nə siyasi, nə də iqtisadi baxımdan elə də bir yüksək səviyyəyə çatmayıb. Hətta «müstəqil» olduğumuz son 27 ildə də ABŞ-dakı nə
respublikaçılar, nə də demokratlar partiyaları ilə heç bir əlaqə yarada bilməmişik».
Suren Sarkisyanın fikrincə, Ermənistan öz amerikalı həmkarlarına xüsusi, aydın proqram təqdim etməlidir. Ekspertə görə, Ermənistan hökuməti ABŞ-la münasibətləri təkcə dərinləşdirməklə kifayətlənməməli, həm də bunun üçün təşəbbüskar addımlar atmalıdır: «Bu gün Ermənistan hələ də ABŞ-ın 170-ci ticarət tərəfdaşı olaraq qalmaqdadır. Təbii ki, bu ölkəmiz üçün utançvericidir. Maraqlıdır ki, bu əlaqələrin genişlənməsində, daha doğrusu, irəliləməsində indi də heç bir tərəqqi yoxdur. Ona görə də, Ermənistan ABŞ-la mal dövriyyəsini artırıb, iqtisadi əlaqələri dərinləşdirərsə, bu halda Tramp kimi praktik bir insanın siyasi prioritetlərində mühüm rol oynaya bilərik».
Ermənistanın verdiyi passiv bəyanatlar hesabına ABŞ kimi super güc ölkəsi ilə əməkdaşlıq üçün ortaq təməl tapmayacağını bildirən erməni ekspert hakimiyyəti fəal olmağa çağırıb: «Məlumdur ki, heç bir ölkə bizə nə həcminə, nə də dövriyyəliliyinə görə ABŞ kimi yardım etməyib. Doğrudur, bu yardımlar humanitar, institusional, proqramlı olsa da, Ermənistan hökuməti ABŞ sərmayələrinin ölkədəki həcmini artırmağa çalışmalı, amerikalı investorları maraqlandıran addımlar atmalı idi. Ona görə də biz bu gün Amerika Birləşmiş Ştatları kimi böyük bir bazarı nəzərdən kənarda qoymamalıyıq».
Əslində, doğrudan da bu əsl erməni arzusudur. Amma maraqlıdır, görən Ermənistan super dövlət kimi təqdim etdiyi ABŞ bazarında hansı məhsulu ilə təmsil oluna bilər.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
3 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
4 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
5 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info