Tramp: “Türkiyə ilə yaxşı münasibətlərimiz var“
Tarix: 17.07.2019 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Tramp bunu Ağ Evdə kabinet toplantısında Türkiyənin ötən həftə Rusiyadan S-400 zenit-raket kompleksini almağa başlamasına dair verdiyi açıqlamalar zamanı söylədi.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp: "Türkiyənin bizə münasibəti çox yaxşıdır. İndi isə onlara Rusiyadan raket sistemi almaq məcburiyyətində qaldıqları üçün bu f-35-ləri sata bilməyəcəyimizi deyirik. Bu vəziyyət üzərində çalışırıq, nələr olacağını görəcəyik" dedi.
Tramp bunu Ağ Evdə kabinet toplantısında Türkiyənin ötən həftə Rusiyadan S-400 zenit-raket kompleksini almağa başlamasına dair verdiyi açıqlamalar zamanı söylədi.
Sabiq ABŞ prezidenti Barak Obama dövründə Türkiyəyə "Patriot" satılmamasını tənqid edən Tramp Türkiyənin buna görə Rusiyadan S-400 almağa yönəldiyini vurğuladı.
Türkiyə ilə məsələ ilə əlaqədar danışdıqlarını dilə gətirən Tramp bunları bildirdi: "Açığı, Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu, çox mürəkkəb bir vəziyyətdir. Obama rəhbərliyi onlara "Patriot" raketlərini satmadı. Türkiyə bu raketləri satın almaq üçün çox çalışdı, amma satmadılar. Bundan sonra Türkiyə Rusiyadan raketlər aldı. Daha sonra Türkiyəyə: "Sizə "Patriot"ları satacağıq" dedilər, amma o zaman Türkiyə onsuz da Rusiya ilə müqavilə imzalamışdı və ciddi bir məbləğdə ödəniş də etmişdi, çünki buradan almalarına icazə verilməmişdi. Türkiyə NATO üzvüdür. 100-dən çox F-35 sifariş verdilər, daha çoxunu almağı da planlaşdırmışdılar".
Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan ilə yaxşı əlaqələri olduğunu bildirən Tramp: "Türkiyənin bizə münasibəti çox yaxşıdır. Yaranmış vəziyyət onlar üçün çox çətindir. Bizim üçün də bu vəziyyət çox çətindir. Vəziyyət üzərində işləyirik" dedi.
Donald Tramp F-35 təyyarələrinin istehsalçısı Lockheed Martinin bu vəziyyətdən razı qalmadığını da qeyd etdi, çünki bunun firma üçün minlərlə iş yeri mənasına gəldiyini vurğuladı




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Pentaqon rəsmi olaraq NUO-larla bağlı işçi qrupu yaradır
13.08.2020
Britaniyada bir fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub
13.08.2020
Türkiyə PKK ilə əlaqədar İraqa xəbərdarlıq etdi
13.08.2020
Hindistan koronavirusdan ölənlərin sayına görə Britaniyanı keçib
13.08.2020
Şotlandiyada qatar relsdәn çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
3 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
4 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
5 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info