Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
Tarix: 17.07.2019 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Zaqatala və Balakəndə iki icma yerli hökumət qurumları ilə birgə çalışaraq fermerlərin ehtiyaclarını qarşılayacaq yeni yem emalı və toxum təmizləmə məntəqəsi və inkubator məntəqəsi inşa ediblər. ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Zaqatalanın Aliabad kəndində yeni yem emalı və toxum təmizləmə məntəqəsi yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem, habelə müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Kənd sakinləri yonca, taxıl və arpanı yemə çevirmək və toxumları almaq üçün rayon mərkəzinə uzun məsafə gət etməli olmayacaqlar. Həmin məntəqə əsas məşğuliyyəti kənd təsərrüfatı olan 11 000-dək kənd sakininə xidmət edəcək. Balakənin Gərəkli kəndində inkubator məntəqəsi əsas gəlir gətirən fəaliyyəti quşçuluq olan üç icmada quşçuluq təsərrüfatının artırılmasına kömək edəcək. Min ailə digər inkubatorlardan cücə almaq üçün uzun məsafə qət etmədən öz cücə və toyuqlarını bəsləyə biləcəklər. Həmin inkubator sayəsində onlar vaxtlarına və pullarına qənaət edərək gəlirlərini artıra biləcəklər. Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 119 kənddə 255 000-ə yaxın insanın faydalana biləcəyi 149 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info