Mişel Alber-Poli: Azərbaycan xalçalarını çox sevirəm
Tarix: 18.07.2019 | Saat: 07:23:00 | E-mail | Çapa göndər



Azərbaycan xalçalarını çox sevirəm. Xalça sərgisi haqqında eşidəndə mütləq ona baxmağı qərara aldım. Burada gördüyüm xalçalar çox maraqlıdır. Onların toxunma qaydası, naxışları, rəng seçimi heyrətamizdir. Sərgidə xalça toxunması üçün millimetrik kağızdan istifadə edilməsi diqqətimi daha çox cəlb etdi.

Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışında Mişel Alber-Poli AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, xalça eskizlərinin, xüsusilə də naxışların rəngli nöqtələrlə millimetrlik kağızda göstərilməsi çox maraqlıdır. Bu, naxışlarda dəqiqliyin, xalçalara böyük əmək sərf olunmasının göstəricisidir. Rənglərin bir-birinə məharətlə uyğunlaşdırılması çox yüksək istedad tələb edir.
Mişel Alber-Poli deyib: “Azərbaycan mədəniyyəti haqqında kitab hədiyyələrinə görə təşkilatçılara təşəkkür edirəm. Bu kitablar mədəniyyəti daha yaxından tanımağa imkan yaradır. Azərbaycanın Qarabağ, Naxçıvan, Bakı, Quba kimi müxtəlif xalça məktəbləri haqqında kitab çox maraqlıdır.
Lion klubunun üzvüyəm və klubumuzun üzvləri Azərbaycana səfərə hazırlaşırlar. Səkkiz günlük səfər nəzərdə tuturuq və ümid edirik ki, bu müddət ərzində ölkənizin tarixi və mədəniyyət xəzinəsi ilə tanış ola biləcəyik”.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info