Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
Tarix: 18.07.2019 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Ermənistanın İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib.
Erməni KİV-ləri xəbər verir ki, İcevanda ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib. Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info