“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər
Tarix: 18.07.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə 2019-cu il 15 iyuldan başlayaraq bir neçə gün davam edən Dünya İslam Kulinariya Konqresi keçirilib. Bununla da Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycana keçirilib.
Konqres çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçirilib. Peşəkar kulinariya müsabiqəsində hotellər “Azərbaycan səhər yeməyi” sinfində, şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi” sinfində, qida şirkətləri “Azərbaycan mətbəx furşeti” sinfində, aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələri isə şirniyyat siniflərində yarışıblar. Bu yarışların qiymətləndirilməsində dünya və yerli ustalarla yanaşı “Xonça” MMC-nin brend-şefi Emil Əliyev və İstehalat direktoru Rəhman Ələkbərov jüri üzvü kimi iştirak ediblər. Qeyd edək ki, aşpazılıq üzrə “Usta” dərəcəsinə malik Emil Əliyev və qənnadçılıq üzrə “usta” dərəcəsinə malik Rəhman Ələkbərov artıq uzun müddətdir ki, “Xonça” MMC-də öz peşəkarlığı və tövsiyələri ilə istehlakçıların ağız dadını oxşayan təamların hazırlanmasında birbaşa iştirak edirlər.
Məlumat üçün bildirək ki, bu mötəbər tədbirdən etibarən dünyada ilk dəfə “Hilal Star”ı (İslam Mişleni) restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayıb və bununla da “Hilal Star”ın tarixi Azərbaycandan başlayacaq. Bundan əlavə, tədbir daxilində WICS münsiflər treninqi də keçirilib. Ölkəmizin aparıcı (usta aşpaz və ya ali peşə təhsili alan) mütəxəssisləri Beynəlxalq WICS münsif sertifikatı alıblar. Bu isə onların müxtəlif beynəlxalq tədbirlərə münsif kimi dəvət edilməsinə imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib
26.08.2019
Kestxey şəhərində Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyib
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info