DMX tərəfindən I yarımildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib
Tarix: 18.07.2019 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


18 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, ötən dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı təmin edilib, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Həyata keçirilən tədbirlər miqrasiya sahəsinin inkişafına da öz müsbət təsirini göstərib.
Dövlət Miqrasiya Xidməti də fəaliyyətini dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun şəkildə davam etdirib. Xidmət rəisi cari ilin I yarımili ərzində görülən işləri və statistik məlumatları açıqlayıb.
Bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz artım müşahidə olunur. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım qeydə alınmışdır.
Həmçinin vurğulanıb ki, yarımil ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var. Eyni zamanda, diqqətə çatdırılıb ki, Xidmət tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınmışdır.
Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub.
Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib
26.08.2019
Kestxey şəhərində Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyib
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info