Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq
Tarix: 18.07.2019 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Xaçmazda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq

Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsndə bildirib. İnstitutun mütəxəssisləri kütləvi yığım öncəsi Xaçmazın pomidor sahələrinə baxış keçiriblər. Rayonun daha çox pomidor becərilən Qusarçay, Aşağı-zeyid və Susay kəndlərində təsərrüfat sahibləri ilə görüşən mütəxəssislər məhsuldarlığın bol olduğunu müşahidə ediblər. “Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda pomidor sahələrinə baxış keçirdik. Hazırda olduğumuz sahədə bol məhsul var. Hər hansı bir xəstəlik və zərərvericilər müşahidə olunmur. Havaların qeyri-sabit keçməsinə görə bu il şitillərin sahələrə köçürülməsi gecikib. Bununla əlaqədar hazırda pomidorun yetişməsi də ötən illərlə müqayisədə gecikir. Amma mütəxəssislərlə birgə bol məhsulun olduğunu müşahidə etdik. Bir həftə ərzində Xaçmazda yetişən pomidor paytaxt bazarlarına göndəriləcək. Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymətlərin ucuzlaşacağı gözlənilir”, - deyə E.Allahverdiyev qeyd edib. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri ilə birlikdə pomidor sahələrinə keçirilən baxış zamanı mütəxəssislər təsərrfatçılara müvafiq tövsiyyələrini verib, aqrotexniki qaydalara əməl etməyin vacibliyi izah olunub. Xaçmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2043 hektar pomidor sahəsindən 52 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2123 hektar sahədə pomidor əkiblər.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
“Azərenerji” “Şəmkir” SES-də təmir-bərpa işləri aparır
26.08.2019
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info