Prezident Avropa İttifaqı Şurası və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
Tarix: 18.07.2019 | Saat: 15:00:00 | E-mail | Çapa göndər





Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib. Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək. Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yeddi ayda əhalinin gəlirləri 32 milyard manatı ötüb
21.08.2019
İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü
21.08.2019
Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21.08.2019
MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir
21.08.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info