Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
Tarix: 18.07.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilib və həmin ailələrin məşğulluqlarını təmin etmək üçün müvafiq tədbirlər görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısından, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Qeyd edək ki, aztəminatlı ailələrdən 14-nə yanında balası olan iribuynuzlu, 3-nə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, birinə 10 yeşik arı ailəsi, birinə yer şumlayan mini aqreqat, birinə musiqi avadanlıqları, birinə isə dərzi avadanlıqları və materialları verilib.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
ƏƏSMN: “Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib”
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info