Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!
Tarix: 18.07.2019 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycanın tarixində yaranmış sayca ikinci ali məktəbidir. Universitet Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri N.Nərimanovun dekreti ilə 1921-ci ildə yaranıb. 2021-ci ildə bu ali təhsil ocağının 100 illiyi tamam olacaq. Yarandığı vaxtdan, nəinki Azərbaycan, həm də keçmiş Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də yaşayan azərbaycanlıların təhsil aldıqıları məktəbləri pedaqoji kadrlarla təmin edən əsas ocaq olmuşdur. Uzun illər ərzində cəmiyyətin mənəviyyatını formalaşdıran gənc müəllimlər yetişdirmişdir.
Tarixən ADPU-da nüfuzlu pedaqoq alimlər tədrislə məşğul olmuş, onun məzunları nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda tədris, elm, istehsalat, idarəetmə, ümumiyyətlə, sosial-siyasi, iqtisadi və mədəni sferada layiqincə çalışmış və çalışmaqdadırlar.
Son üç ildə rektor, prof. C.Cəfərovun rəhbərliyi ilə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması və şəffaflığın təmin edilməsi sahəsində xeyli iş görülüb.
Tədrisin keyfiyyətini yüksəltmək üçün kafedralara dərin bilikli müəllimlərin, xüsusən gənclərin seçilməsinə üstünlük verilmiş, tədrisdə yeni metodların tətbiqinə, texniki təlim vasitələrindən istifadəyə diqqət artırılmış, tələbələrə proyektor, internet sistemindən, elektron mühazirələrdən istifadə imkanı yaradılmışdır. Kitabxana fondu yeni dərslik və dərs vəsaitlərilə təmin olunmuş, auditoriyalar təmir edilmişdir. Tələbə yeməkxanaları sanitar-gigiyenik tələblərə cavab verir, tələbələrə təklif olunan yeməklər onların maddi vəziyyətinə uyğunlaşdırılıb. Ehtiyacı olan tələbələr yataqxana ilə təmin edilir.
Tələbələrin həyatı demokratikləşdirilmişdir. Universitetin məsul işçiləri tələbələrlə görüşür, onların arzu, istək və təkliflərini dinləyir, problemlərini araşdırırlar. Xüsusən imtahan prosesinin tam şəffaf keçirilməsi təmin edilmişdir. Bu sahədə neqativ hallar aradan qaldırılmışdır. “Bilik əsas meyardır” prinsipi tətbiq edilmişdir. Tələbələrin imtahanlarla bağlı problemləri təşkil edilmiş apelyasiya komissiyalarında obyektiv araşdırılır.
Universitet həm postsovet məkanının, həm də dünyanın qabaqcıl ali məktəbləri ilə müəllim-tələbə mübadiləsini həyata keçirir.
Hörmətli abituriyentlər! Yuxarıda sadalanan müsbət məziyyətləri nəzərə alaraq, 2019-2020-ci tədris ilində ADPU-da mövcud olan ixtisaslar üzrə təhsil almağı seçim edin!

Zakir Kərimov
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
13.08.2020
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
13.08.2020
Büdcə vəsaitini mənimsəyən səfir şübhəli şəxs qismində tutuldu
13.08.2020
“Yeni Dövlət İdarəçiliyi” mövzusunda Onlayn “Dəyirmi Masa”
13.08.2020
Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info