Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
Tarix: 18.07.2019 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


İyulun 18-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda keçirilən işgüzar forumda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 15 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quru meyvə, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-dən çox iş yerinin açılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə geniş məlumat verilib, Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq, zəfərançılıq, üzümçülük təsərrüfatlarının, badam bağının, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda və Bakı qəsəbələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 573 sahibkarın ümumi dəyəri 183 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 52 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 mindən çox iş yerinin yaradılmasına imkan verir. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə sahibkarlığın rolu, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə danışıb.
Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 677,6 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində güzəştli kredit ayrılmış quru süd istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
“Azərenerji” “Şəmkir” SES-də təmir-bərpa işləri aparır
26.08.2019
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info