Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
Tarix: 18.07.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Ehtiyac duyulacağı halda, polis fiziki güc və xüsusi vasitələrdən istifadə edəcək”. Bu barədə jurnalistlərə verdiyi açıqlamada Ermənistanın polis rəisi Valeri Ovsepyan bildirib. Xatırladaq ki, Ermənistanın Tavuş bölgəsində- İcevanda vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Ötən gün İcevan hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının hərəkətləri barədə polis müavini Vardan Movsesyan hökumətə hesabat verib. Onun verdiyi hesabata görə, bir neçə gün əvvəl qanunsuz meşə qırılmasının qarşısını almaq üçün polis Lori və Tavuş bölgələrində postlar qurmaq məcburiyyətində qalıb. Buna cavab olaraq, daş və armaturlarla silahlanmış 500 nəfərə qədər yerli sakin İcevandan keçən, Ermənistandan Gürcüstana gedən yolu kəsməyə cəhd ediblər. Polislə yaşanan qarşıdurmaya baxmayaraq, erməni polisi yolu açmağa müvəffəq olub. Qeyd edilməlidir ki, əvvəllər olduğu kimi, yenə də ağac kəsmək üçün icazə tələb edən nümayişçilərin tələbləri hələ ki, cavabsız olaraq qalıb.
Ötən gün bu əyalətdə mühafizənin gücləndirilməsi barədə əmr verən polis rəisi Valeri Ovsepyan artıq hadisə yerinə gəlib. O, jurnalistlərə verdiyi açıqlamada erməni polisinin humanistliyindən, nümayişçilərlə həlim davranışından danışarkən, artıq buna son verildiyini bildirib. Onun sözlərinə görə, bundan sonra məsələnin hər hansı qeyri-qanuni həllinə yol verilməyəcək. Ölkənin İstintaq Komitəsi tərəfindən təhqiqata başlandığını bildirən Ovsepyan artıq 19 nəfər aşayiş pozucusunun həbs edildiyini, onlardan 6 nəfərinin girov müqabilində azadlığa buraxıldığını, 13 nəfər barədə isə cinayət işi qaldırıldığını bildirib. Polis rəisi yerli sakinləri nümayişə sövq edənlərin axtarışının davam etdirildiyini də xatırladıb: «Biz bölgədə uzun illər qanunsuz olaraq davam edən meşə qırılmasına son qoyacağıq. Bununla yanaşı olaraq, biz onlara polislə yüksək tonda danışmağa icazə verməyəcəyik. Polisin dözümlülük göstərməsi onun zəifliyi ilə əlaqələndirilməməlidir. Ona görə də, lazım gələcəyi halda, biz xüsusi avadanlıqdan, o cümlədən fiziki gücdən də istifadə edəcəyik».
Özünün şəxsi «Facebook» səhifəsində nümayiş təşkilatçılarının təxminən 30 nəfərə yaxın olduqlarını və onların hələ də həbs edilməməsinə təəccüb bildirən erməni baş nazir Nikol Paşinyan həbs edilənlərin ciddi cəzalandırılacağını bildirib.
Qeyd edək ki, nümayiş təşkilatçılarının bəzilərinin hələ də azadlıqda qaldıqlarını bildirən rəis müavini Vardan Movsesyan şübhəliləri tapmaq üçün işlərin hələ də davam etdirildiyini bildirib.

Yeri gəlmişkən xatırladaq ki, təqribən iki həftə bundan əvvəl Ermənistan parlamenti İnzibati və Cinayət Məcəlləsinə əlavə düzəlişlər qəbul edib. Belə ki, bu düzəlişlərə əsasən, artıq ölkə ərazisində meşələrin qanunsuz olaraq qırılması cinayət əməli kimi təsdiq edilib. Beləliklə, bundan sonra meşədə ağac qırarkən həbs edilən hər hansı bir kəs birinci dəfə cərimə ilə cəzalandırılsa da, ikinci qanun pozuntusu zamanı haqqında cinayət işi açılacaq.
Əslində, çörəyini meşə qırıb satmaqla çıxaran erməni kəndlisinin birdən- birə belə bir məhdudiyyətlə üzləşib, ona qarşı üsyan etməsi də başadüşüləndir. Bizlərdə deyildiyi kimi, “Ac qılınca çapar…”
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info