“Xaricdəki soydaşlarımız ümummilli ideya-azərbaycançılıq ətrafında birləşib”
Tarix: 18.07.2019 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Akif Ağatalıbov- 61

Ağsaqqal sözünə hər zaman, hər yerdə ehtiyac olub. Onların getdiyi yol, fəaliyyəti, eləcə də öyüd-nəsihətləri gənclər üçün örnəkdir. Biz bunu diaspor fəaliyyətində də hiss edirik. Çünki Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan Akif Ağatalıbov da belə soydaşlarımızdan biridir. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. Bu gün Akif Ağatalıbovun 61 yaşı tamam olur. Hazırda Akif Ağatalıbovun səhhətində problemlər var. Onun müalicəsi üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq Akif Ağatalıbov hər zamanki kimi həyata nikbin gözlə baxır və diasporumuzun perspektiv inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu deyir.
Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1958-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-ci ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abdullayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndələri ilə yaxın dost olub.
Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adıçəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.
Akif Ağatalıbov diasporumuzun inkişaf yolundan danışarkən hər zaman deyib ki, milli diasporun birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu birlik bu gün özünü qoruyub saxlayır: “Əvvəllər biz bir araya gələ bilmirdik. Müəyyən səbəblər buna mane olurdu və ya bu istiqamətdə hansısa addımlar atılmırdı. Lakin ulu öndərin tapşırığı ilə xaricdəki həmvətənlərimiz bir yerə toplandı və Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edildi. Birbaşa diasporla məşğul olan dövlət komitəsi yaradıldı. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir”.

“Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar”

O bildirdi ki, xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar: “Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanıb. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.
Akif Ağatalıbov Azərbaycan dövlətinin diaspora olan qayğısından danışaraq Prezident İlham Əliyevin 2004-cü ilin martında Özbəkistana səfərini belə xatırlayır: “Prezident səfər zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak etdi, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşdü. Prezident Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı da həmvətənlərimizlə görüşüb söhbət etdi, bizim yaşayış şəraiti, doğma Vətənlə əlaqələrimizlə maraqlandı. Həmçinin Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş nitq söylədi, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğuladı. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış oldu, burada yaradılmış şəraitdən razı qaldığını bildirdi. Nəzərə çatdırım ki, həmin geniş mərasimlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edirdi”.
Bu gün Akif Ağatalıbovu tanıyanlar onunla qürur duyur, diaspor üçün gördüyü işləri müsbət qiymətləndirir və ad gününü təbrik edirlər. Biz də bu təbriklərə qoşularaq Akif müəllimə Allahdan şəfalar diləyirik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib
21.08.2019
“Kürəkənimin dəfn mərasiminə gəlməyin”
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşəcək
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info