Xalqımızın əxlaqi və mənəvi dəyərlərinə zidd olan mühacirlər...
Tarix: 18.07.2019 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Təhqir və söyüşləri siyasi simvollara çevirən bəzi mühacirlər sosial şəbəkələrdə aktiv görünərək xaricdən qrant almaqda davam edirlər. Son günlərdə bu işdə adı daha çox hallanan Hollandiyada yaşayan Orduxan Temirxan isə, sözün həqiqi mənasında, bütün sərhədləri aşmaqda davam edir. Həqiqətən də heç bir etik normalara riayət etməyən, sosial şəbəkələrin verdiyi bəzi imkanlardan yerli- yersiz yararlanaraq, milli- mənəvi dəyərlərimizə zidd hərəkət edən bu adam siyasət və müxalifət adına böyük bir ləkədir desək, yanılmarıq. Təsəvvür edin ki, dəfələrlə “mən təhqirə yol vermirəm” deyib, özünü mələk kimi təqdim edən Orduxan Temirxanın elə son statuslarından birinə baxanda onun bu ağ yalanı üzə çıxmış olur. İtinə insan adı qoyaraq, gecə-gündüz iti ilə şəkillər paylaşan bu söyüşcül dəstənin aktiv üzvünə sual verən lazımdır ki, bu hansı mənəvi dəyərə sığır axı? Ümumiyyətlə, belə mübarizə üsulunun analoqu varmı? Milli Məclis, nəinki dövlətin bir hissəsidir, orada oturanların qanunları yazdığını nəzərə alsaq, öz statusunda həmin şəxsləri təhqir edən birinin şüurunda, beynində və ümumən, sağlamlığında problemin olmadığına necə şübhə etməyəsən axı? Bir daha qeyd edirik ki, öz savadı, bacarığı, intellekti ilə insanların gözünə girə bilməyənlərin bu cür təhqiramiz fəaliyyət metodlarından istifadə etməsini, nəinki Azərbaycan cəmiyyəti, heç bir cəmiyyət, xalq qəbul etməz. Yəqin təsəvvür etməzsiniz ki, bir özbək, holland və ya rus, türk xaricdə oturaraq öz dövləti, xalqı əleyhinə bu formada mübarizə aparsın... Təbii ki, belə nümunə yoxdur və onlarda satılanlar, qrant üçün kampaniyalar təşkil edib öz ölkələri əleyhinə çıxanlar müəyyən sərhədlər saxlayırlar, söyüş metodlarından yararlanmırlar. Əxlaqlarını, mədəniyyət və hansı “məzhəbə” xidmət etməklərini sosial şəbəkələrdə aşkar şəkildə ortaya qoyan bir qrup mühacirin sonradan xalqdan özlərinə hörmət, dəstək gözləməsi isə gülünc doğurur. Düşmənlərimizin maraqlarına xidmət etdiklərini də gizlətməyən bu şəxslərin fəaliyyətləri bir müddət sonra elə sığınacaq aldıqları ölkələrin əleyhinə də çevrilə bilər. Çünki Qərbdə bir neçə dairəyə xidmət etməklə bu mühacirlər satqınlığın pik həddinə çatdıqlarını dəfələrlə sübut ediblər. Orduxan Temrixan erməni lobbisini, Ermənistan mətbuatını məmnun etmək üçün “ermənilər bizim tarixi abidələrimizi, qəbrlərimizi dağıtmayıblar” deməklə artıq bir dəfə gündəmə gəlmişdi. Elə Leyla Yunus da dəfələrlə bu mövzuda “peşəkar” olduğunu göstərib.
Qısası, bu gün təhqirlərə yol vermədiklərini deyənlər, itə-pişiyə müəyyən adlar qoymaqla, insanların gözündə qəhrəman göründüklərini düşünsələr də Azərbaycan cəmiyyətində yaratdıqları qıcığı ya anlamırlar, ya da ki, bunu anlayaraq belə yola gedirlər. Amma bu yolun sonu görünmür, buna əmin olasınız...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info