Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
Tarix: 18.07.2019 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində çıxış edib. AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. O, son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əməkhaqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Baş Nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi üçün respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirildiyini bildirib.
Eyni zamanda, Baş Nazirin müavini, ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb

Yeri gəlmişkən, iyulun 18-də saat 00:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı DSX-nin Sərhəd Qoşunlarının Qazax Sərhəd Dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər.
“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirliyin məlumatında bildirilib.
Son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.
Səfirlik iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir.

Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
Bu arada İsrail polisi Qüdsdə ortodoks yəhudilərlə ermənilər arasında münaqişəni yoluna qoymağa çalışır. İsrail erməniləri iddia edirlər ki, iyunun 8-də Qüdsdə ortodoks yəhudiləri itlərin müşayiəti ilə Erməni Ruhani Seminariyasının 20 tələbəsinə hücum ediblər. “Əzabkeş xalq”ın nümayəndələrinin rəsmi orqanlara şikayətində bildirilib ki, guya yəhudilər ermənilərin ölkədən getməsini tələb ediblər. Bundan sonra Qüdsün Köhnə şəhər rayonunun polis idarəsinə şikayət edən erməni keşişlər yəhudi gənclərin cəzalandırılmasını istəyiblər. Onlar erməni tələbələrdən birinin qolunun da sındırıldığını iddia ediblər. Amma cəmi üç yəhudi gəncin 20 erməniyə hücum etməsi iddiası o qədər də inandırıcı olmayıb. Eyni zamanda, İsrail mətbuatında hadisələr fərqli prizmadan işıqlandırılıb. Yerli qəzetlərdə erməni Patriarxiyasının pozucu fəaliyyətindən və erməni gənclərinə kin-nifrət hissləri aşılamasından bəhs edilib. Həmçinin bildirilib ki, yəhudilərin Şabat bayramı ərəfəsində erməni dini məktəbinin 60 tələbəsi iki yəhudi gənci linç etmək istəyib və onlara bədən xəsarətləri yetirilib. Yəhudi gənclərin vəkilləri də ermənilərə qarşı əks iddia irəli sürüblər.
Hay-həşir salan ermənilərin sakitləşmədiyini görən yəhudi din xadimləri və polis nümayəndələri Qüdsdəki erməni arxiyepiskopu Nurxan Manukyana görüşüblər. Görüşdə erməni və yəhudi gənclər arasında bu cür münaqişələrin qarşısının
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib”
15.08.2019
“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
08.08.2019
“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”
06.08.2019
“Ermənistan tərəfi təxribatçı açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur”
05.08.2019
Qarabağlı qızların toxuduğu Qarabağ xalçaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info