BMT baş katibi İran prezidentini ABŞ-a səfərə dəvət edib
Tarix: 19.08.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT baş katibi Pan Gi Mun arasında telefon danışığı olub. Görüşdə tərəflər Misirdə baş verən hadisələr başda olmaqla, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
M.Zərif İranın Misirdəki hazırkı vəziyyətdən ciddi narahat olduğunu deyərək, bu ölkədə müdafiəsiz xalqın qətlə yetirilməsini qınayıb və qarşıdurmaların, qan tökülməsinin dərhal dayandırılmasının lazım olduğunu bildirib. İran rəsmisi Misirdəki mövcud vəziyyəti təhlükəli və faciə kimi xarakterizə edib: “Misirdə getdikcə şiddətlənən qarşıdurmalar və gərginliyin qarşısının alınması üçün beynəlxalq səylərin güclənməsi lazımdır. Bu ölkədə böhrana son qoymağa kömək etmək üçün dinc yolların tapılması zəruridir”. P. G. Mun isə öz növbəsində rəhbərlik etdiyi təşkilatın Misirdəki mövcud problemi aradan qaldırmaq üçün səylərinə toxunaraq, məsələnin dinc yollarla nizamlanması mövzusunda BMT-nin cəhdləri barədə məlumat verib. O, M.Zərifi İranın xarici işlər naziri vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edərək, İran prezidenti Həsən Ruhanini bu ilin sentyabrında Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün ABŞ-a səfərə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info