İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
Tarix: 19.07.2019 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Baş verən olaylar ölkədə böyük sosial partlayışa təkan verəcək


Paşinyan hökuməti İjevanın işsiz sakinlərinə iş yeri təklif etmək iqtidarında deyil


Bu günlər Ermənistanda baş verən son yaşantılar bu ölkənin yeni “keçid mərhələsinə” qədəm qoyduğundan xəbər verir. Əslində, çoxları İcevan hadisələrinin bu həddə çata biləcəyini təsəvvür etmirdilər. Həqiqətənmi, Paşinyan hökuməti ikinci bir Sarıtağ əldə etməklə, özünün olan qalan reytinqini heçə endirmək iətəyir? Bu gün ermənilərin çoxu ölkədəki Erebuni əyalətindəki Sarıtağ yaşayış məntəqəsi barədə məlumatlıdır. Məsələ bundadır ki, bu yaşayış məntəqəsində yaşayan evlərin sakinləri hər gün evlərinin gecə çökəcəyi qorxusu ilə yuxuya gedirlər. Ermənistandakı son hadisələri gözlənilən zəlzələ ilə müqayisə edən erməni yazarlarından biri indi İcevan olaylarını ölkədə böyük sosial münaqişəyə təkan verə biləcəyini istisna etmir. Erməni yazarın fikrincə, artıq xalqın başının altina yığılan mərmilər indi partlamaq həddinə çatıb. Onun etirafına görə, uzun illərdən bəri meşə qırıb satmaqla dolanan bu əraziləri sakinləri bunu, xoşladıqları üçün etmirdilər. Çünki onların əksəriyyəti işsizdir. Hansısa vəsaitlə yaşamaq lazımdır. Maraqlıdır ki, bunu münaqişə iştirakçısı kimi həbs edilən erməni qadınlarından biri də açıqlamaq məcburiyyətində qalıb: “Borcumuzun boyumuzdan yuxarı olduğu bir halda heç bir yerdə iş yoxdur”. Qeyd edilməlidir ki, Tavuş bölgəsinin qubernatoru meşə qırmaqla ailələrini dolandıranların haqlı olduqlarını da etiraf etmək məcburiyyətində qalıb. Ölkə vətəndaşı yaşamaq üçün haradasa işləməlidir. İş isə yoxdur. Məsələ bundadır ki, bu gün Paşinyan hökuməti İjevanın işsiz sakinlərinə etibarlı alternativ təklif etmək iqtidarında deyil. Çünki vaxtilə Paşinyanın inqilabdan sonra xarici iş adamlarının Ermənistana yatıracağı investisiyalar nəinki İcevan və ya ətraf erməni vilayətlərinə, heç İrəvanın özünə gəlib çatmayıb. Ona görə də İcevan üsyanı Paşinyan üçün ciddi problemdir. Əyalətdəki qarşıdurma isə hələ də səngiməyib. Məsələ bundadır ki, Paşinyan doğulub boya başa çatdığı əyalətə - İcevana cəlib həmyerliləri qarşısına çıxmağa hələ ki, cəsarət etmir. Belə görünür ki, Paşinyan hökuməti artıq tükənməkdədir. Əslində bunu “Qolos Armenii” saytında erməni politoloq Qaqik Ambaryan da təqdim etdiyi faktlarla əsaslandırıb. Nikolun xalqa verdiyi vədlərin heç birini yerinə yetirməməkdə ittiham edən erməni politoloq Paşinyanın Ermənistanda sistemli korrupsiyanın məğlub olması ilə bağlı bəyanatını əsassız sayır: “Bu gün Paşiynanın ölkədə korrupsioner kimi tanıdığı cəmi iki şəxs var: Robert Koçaryan və Manvel Qriqoryan. Məgər, ölkədə Paşiyana qədər təkcə iki korrupsioner olub? Təbii ki, yox! Bəs, belə olan halda Nikol niyə hələ də digər korrupsionerləri tapıb ortaya çıxarmır?”. Ambaryanın fikrincə, bu, hələlik ona sərf etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Ermənistanda COVID-19-dan ölənlərin sayı 762 nəfərə çatıb
03.08.2020
GAMAC-dan Azərbaycana dəstək bəyanatı
02.08.2020
Rusiyada koronavirus әleyhinә peyvәndin kliniki sınaqları başa çatıb
02.08.2020
Dünyada koronavirusa yoluxanların sayı 18 milyon nəfəri ötüb
01.08.2020
58 yaşlı Baqram 68 yaşlı bacısı Melaniyanın başını kəsib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
3 Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
4 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
5 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info