Rezidenturaya qəbul olmaq üçün 180-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
Tarix: 20.07.2019 | Saat: 11:09:00 | E-mail | Çapa göndər



Rezidenturaya qəbul olmaq üçün namizədlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün http://eservices.dim.gov.az/erizerez/ixtisas1/ internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçimi iyulun 22-dək aparılacaq. İyulun 20-si saat 10:15-ə olan məlumata görə, 181 (Azərbaycan bölməsi – 161, rus bölməsi – 20) namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız “Namizədin elektron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaqlar.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib. Bu nömrədə, həmçinin 2018-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Yüksək bal toplayan gənclər müəllimlik ixtisasını seçiblər
26.08.2019
Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır
26.08.2019
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
26.08.2019
Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info