“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
Tarix: 20.07.2019 | Saat: 11:15:00 | E-mail | Çapa göndər



Bu ildən başlayaraq Azərbaycanın bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinə baxış keçirərkən qurumun kollektivi və buradakı uşaqların valideynləri ilə görüşü zamanı bildirib.
S. Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi üçün aparılan işləri qeyd edib.
Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya ve tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
ƏƏSMN: “Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib”
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info