“Nikahların sayının azalması iqtisadi problemlərin nəticəsidir”
Tarix: 19.08.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Amerika fəhlə sinfinin nümayəndələri nikah bağlamaqdan imtina edirlər. Yalnız iqtisadi situasiyanın yaxşılaşması bu problemin öhdəsindən gəlməyə kömək edə bilər. “Christian Science Monitor”da dərc ediləm məqalədə qeyd edilir ki, xoşbəxt nikah bir çox üstünlüklərə malikdir: ər-arvad xoşbəxtliyi daim hiss edirlər, onlar bir-biri ilə hər şeyi bölüşmək imkanına malikdirlər və bəzi məlumatlara görə, hətta onlar daha az xəstələnirlər.
Nikah möhkəm iqtisadi zəmin də ola bilər, çünki nikahda ərlə arvad ailəni təmin etmək üçün bir-birini dəstəkləmək imkanına malikdir. Eyni zamanda yeni tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, nikah və pul arasında əlaqənin bir neçə başqa növü mövcuddur: işsizlik və iqtisadi vəziyyətin etibarsızlığı bütövlükdə nikahların sayının azalmasına gətirir. Bu, təkcə insanları nikahda ala bildikləri üstünlüklərdən məhrum etmir, bu həm də bütün cəmiyyətə zərbə vurur: “Niyə insanlar mənzil alınması üçün “saxta nikaha” getməyə hazırdır? Əgər insan öz şəxsi problemlərinin öhdəsindən gələ bilmirsə, o, çətin ki, yad problemlərin həlli üçün məsuliyyəti öz üzərinə götürməyi istəsin. Belələri az maaşlı vəzifə və ya kredit ödəməsi kimidir. Bu nöqteyi-nəzərdən nikah artıq cazibədar görünmür. İnsanlar başa düşürlər ki, gələcəyi planlaşdırmağın mənası yoxdur. Çünki onlar hətta bu ay maaş alacaqlarına əmin deyillər. Qəzet yazır ki, Nyu-Yorkda Amerika sosioloji assosiasiyasının iclasında “Şəxsi bərabərsizlik” adlı tədqiqat: “Postsənaye məkan şəraitində məhəbbət və iş” layihəsi təqdim olunub: “İstehsalın artdığı, əmək haqqının aşağı səviyyədə olduğu ölkələrdə təhsili olmayan insanlara yüksək maaşlı iş tapmaq çətin olur. Beləliklə, tendensiya göz qabağındadır: Nikah yalnız imkanlı və savadlı insanlara asan, əlverişli olur. ABŞ-da ailəli qadınların 60%-i bakalavr dərəcəsi olanlardan ibarətdir, 30% qadın isə məktəb belə, bitirməyib. Yeni tədqiqatın nəticələri həmçinin sübut edir ki, təhsilin dəstəklənməsinə yönəlmiş tədbirlər müsbət nəticələr verməkdədir”.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info