YAP gəncləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət ediblər
Tarix: 19.08.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Dövlətin mədəniyyət ocaqlarının ən müasir tələblərə uyğun səviyyədə qurulmasına və mədəniyyətimizə göstərdiyi qayğı hər kəsi öz imkanı daxilində bu sahəyə diqqəti artırmağa sövq edir. Məhz bunu nəzərə alaraq gənclərimizin teatrlara, kino zallarına, muzeylərimizə mütəmadi gəlişini təşkil etmək və onların bu sahəyə marağının artırılması üçün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “Mədəniyyətə səyahət” adlı layihə həyata keçirir.
YAP Gənclər Birliyindən bildiriblər ki, layihə çərçivəsində partiyaya üzv olan gənclər növbəti dəfə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət ediblər. Partiyanın gənclər üçün təşkil etdiyi bu səfərə YAP Qaradağ rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də öz dəstəyini göstərib. Əsasən sosial şəbəkələrdə və YAP Gənclər Birliyinin layihələrində fəal olan 70-dək gənc bu tədbirdə iştirak edib. Gənclər Qobustan qoruğu ərazisində inşa edilən muzeyi ziyarət etmiş, qaya təsvirlərinə baxıblar.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info